Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
29 Sentyabr 2020


Ermənilər bu türk ölkəsini kimin əlilə işğal edir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz türkdilli yox, türk xalqlarıyıq. Bu, bir növ düşmənlərin bizə türk olmadığımıza dair psixoloji basqısıdır.

Bu sözləri Axar.az-a Rusiya Beynəlxalq Tatar İctimai Mərkəzinin keçmiş sədri, ictimai-siyasi xadim Zinnur Aqliullin Tatarstandakı vəziyyət və Başqırdıstanın suverenliyi barədə danışarkən söyləyib.

“Rusiyanın türk xalqlarına davranışını belə bir misal üzərində göstərə bilərəm. Quldurun bir evə daxil olduğunu düşünün. Onun məntiqi aydın bəlli olur. Ev sahibi evdədirsə, ilk növbədə onu məhv etməkdən başlayacaq, əks halda evdə heç bir əməliyyat keçirə bilməyəcək. Necə deyərlər, yerli millətlər olmasa, qanuni torpaqlarını tələb edən “ev sahibi” də olmayacaq”.

Zinnur Aqliullinin sözlərinə görə, Rusiya tarixən anti-türk mövqe göstərib:

“Əksi ola da bilməzdi, çünki Rusiya ərazisinin 80%-i, bəlkə daha çoxu türk torpaqlarıdır. 500 il ərzində Rusiya başqa xalqları idarə etməyi çox yaxşı öyrənib”.

Tatar millətçilərinin lideri Tatarstanda vəziyyətin fərqli olduğunu da qeyd edib:

“Moskva onlara varlanmaq şansı verib. Görünür, rəsmi Kreml Tatarstandakı elitanı dəyişmək istəyir. Əzilmə və məhvedilmə cəhdlərinə baxmayaraq, tatarların içindən hər zaman öz sözünü deyən analitik və mütəfəkkirlər baş qaldırıb”.

Z.Aqliullin tarixdə heç vaxt Başqırdıstan adlı dövlət olmadığını da vurğulayıb:

“Onun əvəzinə Başqırd torpaqları, hətta qəbilə ittifağı mövcud idi. Onlar da şübhəsiz, türk xalqıdır. Sadəcə olaraq tatarlar XIX-cu əsrin sonları, XX-ci əsrin əvvəllərində millət halına gəldiyi zaman başqırdların heç vaxt müstəqillik istəkləri olmayıb. Başqırdıstanda hazırda 2 rəsmi dil mövcuddur – rus və başqırd dili. Tatarlar ölkədə 3-cü rəsmi dil olaraq tatar dilinin olmasını tələb edirlər. Başqırd bürokratiyası isə buna izn vermir.

Bilirsiniz ermənilər Başqırdıstana necə gəliblər? Rəhimovun əli ilə. Rəhimovun (Murtaza Rəhimov, Başqırdıstanın sabiq prezidenti – red.) oğlu Ural ermənilərlə dost idi. Onun vasitəsi ilə ermənilər Başqırdıstanda erməni mühiti yaratmaq üçün artıq Ufaya məskunlaşmağa başlayıblar”.

Tarix
2020.09.15 / 12:15
Müəllif
Xədicə Nəbiyeva
Şərhlər
Digər xəbərlər

Cəbhədə erməni general məhv edildi - Foto

Rus ekspert: Azərbaycan işğaldakı torpağını azad edir

Azərbaycana hücum təxribatdır - Plevneliyev

İlham Əliyev buna görə Ərdoğana təşəkkür etdi

Əfqanıstan: Qarabağ savaşında Azərbaycanı dəstəkləyirik

Tonoyan Qarabağa gəldi

Ermənilər, Qarabağ sizin torpağınız deyil - Marçenko

Diplomatlarımız gürcü mediasını məlumatlandırdı

Azərbaycan Ermənistanı darmadağın edəcək - Rus nəşri

Ərdoğandan İrəvana: Sülh yalnız bu halda ola bilər!

KULT
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla