Yuxarı

Prezidentin BMT-dən tələbi budur – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çox vacib bir mesaj verdi. Ermənistan faktiki olaraq BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrini nə tanıyır, nə də icra edir. Mahiyyət etibarilə ölkə başçısı BMT-dən qəbul edilən qətnamələrin icrasını tələb etdi.

Bu sözləri Axar.az-a millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videokonfrans formatında çıxışını şərh edərkən deyib. Onun sözlərinə görə, Prezident bu çıxışında olduqca önəmli məqamlara toxunub:

“İlham Əliyev beynəlxalq ictimaiyyətin diqqətinə onu çatdırıb ki, Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın Baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini dəyişməyə çalışır. Ölkə başçısı əslində bu sözləri ilə bir müddət öncə Paşinyanın “Qarabağ Ermənistandır” sözlərini xatırlatmış oldu. Mahiyyət etibarilə İrəvanın bu bəyanatı onun əsl niyyətini göz önünə sərir.

Paşinyanın son bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Xüsusilə, onun qəbuledilməz “yeddi şərti”. Bu mənada Prezident bir daha açıq və aydın şəkildə dedi ki, bizim sülhə nail olmaq üçün yeganə şərt Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır”.

E.Nəsirovun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil:

“Ermənistanın Baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak üçün on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış könüllü dəstələrin yaradılmasını elan edib. Bu, açıq şəkildə müharibəyə hazırlıq deməkdir. Ölkə başçısı rəsmi İrəvanın bu və digər təcavüzkar əməllərini dilə gətirərək, konkret mesaj verdi. Regionda baş verə biləcək lokal müharibəyə görə məsuliyyəti Ermənistan və onun avantürist hakimiyyəti daşıyır”.

Tarix
2020.09.25 / 14:22
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

Rusiyada yaralı azərbaycanlı xəstəxanadan oğurlandı

AZAL təyyarəsinin vurulması ilə bağlı yeni təfərrüat

Hədəfdə Araz Ağalarovdur – Proses başladı

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırıldı

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Rusiya məhbuslarla konsulluq görüşlərini gecikdirir - Hacızadə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla