Yuxarı

İşğala son qoyun, ərazimizi tərk edin - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşğala son qoyun, ərazimizi tərk edin - Prezident

Bir neçə gün əvvəl mən Ermənistanın hücumu nəticəsində yaralanmış Azərbaycan əsgərlərinə baş çəkdim və onlarla söhbət edərkən mən erməni xalqına müraciət etdim.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

“Mən başa düşdüm ki, onlar üçün mənim dediklərim adi bir şey deyil. Bu, bəlkə də onların eşitmək istədiyi yeganə şey deyildi. Çünki onlar az qala ermənilər tərəfindən öldürülmüşdülər və onların qarşısında əyləşərkən, onlara və bizim üçün belə qəhrəmanlar yetişdirmiş valideynlərinə minnətdarlığımı ifadə edərkən mən dedim ki, müraciətim həm də erməni xalqınadır. Öz hökumətinizi etdiklərinə görə məsuliyyətə cəlb edin, övladlarınızı Azərbaycana göndərməyin, öz övladlarınızı işğal olunmuş ərazilərə göndərməyin. Bu gün qondarma “Dağlıq Qarabağ ordusu”nun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Bu işğala son qoyun. Azərbaycan ərazisini tərk edin. Öz torpağınızda yaşayın və onda bizdə sülh olacaq. Biz yenidən Azərbaycan və erməni xalqlarının əvvəlki normal əlaqələrini bərpa etməyə çalışacağıq. Biz çalışarıq. Bu, asan olmayacaq, lakin biz çalışarıq qonşu olaq, yanaşı yaşayaq. Bu, necə deyərlər, mənim erməni xalqına sözümdür. Ermənistan hökumətinə deyəsi sözüm yoxdur. Mən onların nə etməli olduğunu artıq dedim. Əgər onlar atəşkəs istəyirlərsə, mən artıq dedim, bizim qarşımızda üzr istəyin, bizə çıxmaqla bağlı vaxt cədvəli verin, sadəcə sözlər yox ki, biz bunu dayandıracağıq və danışıqlar aparacağıq. Bu, işləməyəcək. Onların hansı ərazini nə vaxt azad edəcəkləri ilə bağlı vaxt cədvəli - birinci gün, ikinci gün, üçüncü gün. Bizim müqəddəs Şuşa torpağında öz bandası ilə rəqs etməklə və “Qarabağ Ermənistandır” deməklə azərbaycanlıların hissələrini təhqir etmiş Ermənistanın baş naziri üzr istəməli və deməlidir ki, “Qarabağ Ermənistan deyil”. Mənim sözüm budur”, - İlham Əliyev bildirib.

Tarix
2020.10.05 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Paşinyanı təbrik edəcəkmi?

Bu, Şuşa Bəyannaməsinin geostrateji əhəmiyyətini artırır

Araz Nəsirov vəzifəsindən azad olundu

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla