Yuxarı

İrəvandan İrana etiraf: Bakıya müqavimət göstərə bilmirik

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvandan İrana etiraf: Bakıya müqavimət göstərə bilmirik

Ermənistan Azərbaycan Ordusunun Qarabağda irəliləməsinin qarşısını almaqdan ötrü yenidən İrana müraciət edib.

Axar.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Levon Ayvazyan bir neçə gün öncə İranın Ermənistandakı Səfirliyinə hərbi attaşe təyin olunan polkovnik Bəhman Sadeqi ilə son bir həftə ərzində ikinci dəfə görüşüb. Görüş zamanı Ayvazyan Tehrandan Azərbaycan Ordusu ilə döyüşləri İranla sərhəddən daha təhlükəsiz əraziyə keçirilməsini istəyib və bunun vacib olduğunu bildirib.

Ayvazyan dolayı yolla işğal olunmuş Qarabağın İranla sərhədə yaxın ərazisində Azərbaycan Ordusuna müqavimət göstərmək iqtidarında olmadıqlarını etiraf edib.

Qeyd edək ki, Qarabağda Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladıqdan sonra Ermənistanın atdığı raketlərin bir qismi İran ərazisinə düşüb və müxtəlif itkilərə səbəb olub. İrəvanın niyə məhz İran ərazisini vurduğu hələ də müəmmalı olaraq qalır. Bununla belə bəzi mənbələr Ermənistanın bilərəkdən İran ərazisini atəşə məruz qoyduğunu və İranı prosesə cəlb etmək istədiyi bildirirlər. Analitiklər isə Azərbaycan ordusu qarşısında duruş gətirə bilməyən Ermənistanın analoji addımları yaxın zamanlarda yenidən təkrarlaya biləcəyini istisna etmirlər.

Tarix
2020.10.16 / 16:51
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Kamilliyə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla