Yuxarı

Ceyhun Bayramov BMT baş katibi ilə danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyhun Bayramov BMT baş katibi ilə danışdı

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a verilən məlumata görə, Azərbaycanın Xarici İşlər naziri BMT Baş katibinə bölgədəki cari vəziyyət və Ermənistanın silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə məlumat verib.

Nazir Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini və mülki infrastrukturu, həmçinin münaqişə zonasından uzaq yerləşən şəhərləri məqsədyönlü şəkildə atəşə tutduğunu vurğulayıb. O, humanitar atəşkəsin elan edilməsindən 13 saat sonra Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulduğunu bildirib. Nazir bu günə kimi 47 mülki şəxsin həyatını itirdiyini və 222 nəfərin isə yaralandığını qeyd edib.

C.Bayramov bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin uzərinə düşdüyünü bildirib.

BMT Baş katibi Antonio Quterreş bölgədə gərginliyin artması və mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. O, humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb. BMT Baş katibi, həmçinin münaqişənin siyasi yolla həllinin zəruriliyini qeyd edib.

Tarix
2020.10.16 / 23:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla