Yuxarı

Liberman Azərbaycanla bağlı müraciət yaydı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Liberman Azərbaycanla bağlı müraciət yaydı

İsrailin sabiq müdafiə və xarici işlər naziri Aviqdor Liberman Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində ölkə vətəndaşlarının həlak olması ilə əlaqədar Azərbaycan xalqını dəstəklədiyini bildirən audiomüraciət yazdırıb.

Axar.az müraciətin mətnini təqdim edir:

“Münaqişə zonasına daxil olmayan regionların atəşə tutulması beynəlxalq hüququn birbaşa pozulmasıdır. Dinc sakinlərin – yaşlıların və uşaqların qətlə yetirilməsi insanlıq əleyhinə cinayətdir. Bu, Cenevrə Konvensiyasından başlayaraq, bütün beynəlxalq hüquqi normalara ziddir. Sizin xalqınız üçün bu mürəkkəb anlarda mən, ilk növbədə, qətlə yetirilənlərin bütün doğmalarına və yaxınlarına başsağlığı vermək və əlbəttə, bütün Azərbaycan xalqını dəstəklədiyimi bildirmək istəyirəm. Çox ümid edirəm ki, bu münaqişənin növbəti dəfə alovlanması ən qısa müddətdə başa çatacaq və buna görə cavabdeh olanların hamısı layiqli cəzalarını alacaqlar”.

Tarix
2020.10.18 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla