Yuxarı

İrəvan istisna olmaqla bütün dünya anlayır ki... - Ankara

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan istisna olmaqla bütün dünya anlayır ki... - Ankara

Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiya Prezidenti Vladimir Putinin simasında Moskvanın dəqiq mövqeyindən nəticələr çıxarmalıdır.

Axar.az Trend-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə hökumətindən bildirilib.

Qeyd olunub ki, Ankaranın da mövqeyi aydındır və Azərbaycanın ərazilərinin bir qisminin itirilməsinin əbədi davam edə bilməməsi məsələsində üst-üstə düşür:

“İrəvan istisna olmaqla bütün dünya başa düşür ki, hərbi əməliyyatlar Ermənistanın deyil, Azərbaycan ərazisində aparılır. Bəzi Qərb marionetlərinin münaqişənin həlli üçün “Qarabağın müstəqilliyini tanımaq” barədə bəyanatları dünya ictimaiyyətinin rəsmi mövqeyi deyil. Dünya ictimaiyyəti Ermənistandan qoşunları Azərbaycan ərazisindən çıxarmağı tələb edir”.

Türkiyə hökumətindən, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində guya Ankara ilə Moskva arasında artan gərginliyi şərh ediblər:

“Moskva və Ankara hər zaman Cənubi Qafqazda sülh və sabitlik tərəfdarı olublar. Bu isə yalnız Azərbaycanın ərazilərinin azad edilməsindən sonra mümkündür”.

Tarix
2020.10.24 / 02:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla