Yuxarı

İrəvanda durum kritikdir, çox az qalıb... – Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda durum kritikdir, çox az qalıb... – Deputat

Təxminən 30 il işğalda olan rayon, kənd və qəsəbələrimiz Azərbaycan Ordusu tərəfindən 30 gün ərzində azad edilib.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov Qarabağda gedən döyüşlərin 1 ayının tamam olması haqda danışarkən deyib. Deputat bildirib ki, Ordumuzun cəbhədəki uğurlarını Ali Baş Komandan siyasi arenada daha da möhkəmləndirir:

“Prezident yerli və xarici mətbuata, eləcə də dünyanın nüfuzlu telekanal və nəşrlərinə müsahibələri zamanı həm əhalimizə məlumat verir, həm də dünya ictimaiyyətinə Azərbaycanın haqq səsini çatdırır. Mən bütün qəlbimlə inanıram ki, Ordumuz işğalçıları torpaqlarımızdan tamamilə qovub, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək”.

Millət vəkili Ermənistanda vəziyyətinin çox kritik olduğunu vurğulayıb:

“Hazırda Ermənistanda klanların davası gedir. Onlar heç əsgərlərinin nəşinə belə sahib çıxmaq istəmirlər. Ölüdaşıyan maşından dərəyə atıb, üzərini torpaqla örtürlər. Silahdan anlayışı olmayan yeniyetmələri zorla orduya yollayırlar.

Digər tərəfdən, iqtisadi cəhətdən də Ermənistanın vəziyyəti çox ağırdır. Prezident İlham Əliyevin də dediyi kimi, rəsmi İrəvanın 8 milyard dollara yaxın borcu var. Ermənistana kənar dövlətlərin yardımı olmasa, o, çoxdan təslim olub, ağ bayraq qaldırardı. Amma yardımlara baxmayaraq, Ermənistanın vəziyyəti kritik olaraq qalır. Əgər qısa müddət ərzində onlar torpaqlarımızdan çıxmasalar, gələcəkdə Ermənistanın bir dövlət kimi qalması sual altında olacaq.

Azərbaycanda isə hər şey əksinədir – daha inamlı, daha güclü, Ali Baş Komandanın ətrafında birləşmiş xalq və torpaqları azad edən qəhrəman Ordu var. Prezidentimizin qətiyyətli siyasi iradəsi nəticəsində Azərbaycanın qələbəsi uzaqda deyil. Şuşada Azərbaycan bayrağının ucalmasına az qalıb”.

Tarix
2020.10.28 / 12:18
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla