Yuxarı

Prezident buna görə komendantlıqlar yaratdı... – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident buna görə komendantlıqlar yaratdı... – Şərh

İşğaldan azad edilən ərazilərdə hərbi rejimin tədbiq edilməsi çox ideal variantdır. Nəzərə almaq lazımdır ki, bu ərazilər 30 ildir düşmən işğalına məruz qalıb və Ermənistan tərəfi sülhə məcbur edilənə qədər işğaldan azad edilən ərazilər bu sistemlə idarə edilməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalaması barədə danışarkən deyib.

O qeyd edib ki, Ordumuz tərəfindən hər gün yeni-yeni ərazilər işğaldan azad edilir:

“İşğaldan azad edilən ərazilərdə yeni bir idarəetmə sisteminin qurulması şərtdir. Ölkə başçısının illər öncədən işğal edilmiş ərazilərə Qayıdış Planı var. Bu planın tərkib hissəsi olaraq işğaldan azad edilən ərazilərin yenidən qurulması, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması nəzərdə tutulur. Lakin bütün bunlardan əlavə həmin ərazilərdə xaos yaşanmaması və bütün bu işlərin nizamlı və düzgün görülməsi üçün idarəetmə sistemi yaradılmalıdır.

Bu mənada Prezidentin müvafiq fərmanında açıqca qeyd edilir ki, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılsın.

Düşünürəm, bu, çox doğru bir sistemdir. Bir müddətdən – həmin regionlarda həyat başlayandan, təhlükə aradan qalxandan və digər rayonlarımıza inteqrasiya olunandan sonra iderəetmə sistemi də ənənəvi qaydada bərpa ediləcək”.

Tarix
2020.10.30 / 15:50
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

Pelleqrini Füzulidən təyyarə ilə Bakıya yola düşdü

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

Azərbaycan bunun formalaşmasına töhfə verir

Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...

Blogerlər niyə Şuşa Forumuna dəvət olundu?

Qordon İlham Əliyevlə fotosunu paylaşdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla