Yuxarı

Onların qərəzliliyi ilə bağlı böyük şübhələr var - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onların qərəzliliyi ilə bağlı böyük şübhələr var - Prezident

Biz “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını Azərbaycana dəvət etmişik. Əfsuslar olsun ki, onlar hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Onlar bura gəlmək üçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının mövqeyini şərh edərkən səsləndirib.

Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Onlar bizim “Nəyə görə buraya gəlmirsiniz?” dediyimizə görə gəlirlər. Biz onlara “xahiş edirik, buraya gəlin” müraciətini etdikdən sonra onlar gəlməyə razılıq verdilər. Lakin onlar birinci növbədə niyə gəlmədilər?”

Prezident qeyd edib ki, ballistik mərminin buraxılışı peykdən görünür. Heç kim deyə bilməz ki, Azərbaycan Dağlıq Qarabağda və ya Ermənistanda mülki şəxslərin yaşadığı istənilən yerə ballistik raket atıb. “Mən istərdim ki, onlar buraya gəlsinlər və o dəlilləri təqdim etsinlər. Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərin hansı növ silahlardan istifadə etdiklərini görsünlər. Qərəzsiz olsunlar”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Onların Ermənistanda insan haqlarının pozulması ilə bağlı heç vaxt heç bir şərh vermədiklərini vurğulayan dövlətimizin başçısı deyib ki, sıralarında erməni əsilli insanların olduğu bu təşkilatlardan əsasən Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur: “Lakin buna baxmayaraq, biz onları dəvət etdik, qoyun, onlar gəlsinlər və gördüklərini desinlər”.

Tarix
2020.10.31 / 12:52
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla