Yuxarı

Sülh razılaşmasını... - Bləkmən İlham Əliyevə yazdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülh razılaşmasını... - Bləkmən İlham Əliyevə yazdı

Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Prezident İlham Əliyevə məktub göndərib.

Axar.az məktubun mətnini təqdim edir.

“Hörmətli cənab Prezident. Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi Sizi tarixi sülh razılaşmasının imzalanması münasibətilə təbrik edirəm.

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Azərbaycanın tarixi torpaqlarının geri qaytarılmasını nəzərdə tutan bu sülh razılaşmasını ürəkdən alqışlayır.

Biz, həmçinin yeni razılaşmaya əsasən Dağlıq Qarabağın Azərbaycana qaytarılması və Ermənistanın silahlı qüvvələrini bir neçə həftə ərzində ətraf ərazilərdən çıxarması barədə xəbərdən məmnunuq.

Cənab Prezident, münaqişə müddətində təmkinli və qətiyyətli davranmağınız münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirik. Biz Azərbaycanın Böyük Britaniya parlamentindəki dostları olaraq bu münaqişə ilə bağlı təbliğat aparılması və Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyimizi bir daha vurğulayırıq”.

Tarix
2020.11.20 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan açıqladı: 2022-ci il sentyabr döyüşlərindən sonra...

Azərbaycan və Peru konsulluq məsləhətləşmələri keçirdi

Qorbaçovu hakimiyyətə onlar gətirib – KQB polkovniki

Soçidə sərnişin təyyarəsini ildırım vurdu

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla