Yuxarı

Ərdoğandan qələbə çıxışı: 30 illik acılardan sonra…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan qələbə çıxışı: 30 illik acılardan sonra…

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kütahya, Afyon, Batman və Siirt vilayətlər təşkilatlarının konfransı keçirilib.

Axar.az xəbər verir ki, videoformatda keçirilən konfransa qatılan Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan siyasi həmfikirləri qarşısında çıxış edib.

Türkiyənin qarşılaşdığı problemlərdən, o cümlədən Ermənistanın xarici güclərin təsiri ilə Qafqazda problemlər yaratmasını və bütün bu məsələlərin qətiyyətlə dəf edildiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan deyib:

“Azərbaycanlı qardaşlarımızla birlikdə 30 illik acıları sonra çatdıran zəfərin sevincini yaşadıq”.

AKP-nin qarşıda duran vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyini, partiyanın sıralarının sürətlə genişləndiyini diqqətə çatdıran partiya sədri gələcək planlardan danışıb.

Türkiyənin xarici siyasətinin istiqamətləri, ölkədə həyata keçirilən sosial-iqtisadi layihələr barədə geniş məlumat verən dövlət başçısı xarici ölkələrlə ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıb.

“Dostlarımız və müttəfiqlərimizlə daha güclü əməkdaşlıq etmək istəyirik”, - deyən Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə ifadə edib ki, ölkədə həyata keçirilən islahatlar iqtisadi sahədə böyük nəticələr verəcək.

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirlərindən danışan dövlət başçısı vurğulayıb ki, epidemiyanın nəzarətdən çıxması daha böyük problemlər yarada bilər.

Tarix
2020.11.21 / 17:47
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla