Yuxarı

Makron İkinci Hitler olmaqda israr edir – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron İkinci Hitler olmaqda israr edir – Şərh

Avropa bir dəfə valideynlərin uşaqlar vasitəsi ilə izlənməsini 20-ci əsrin 30-cu illərində yəhudi uşaqların üzərində təcrübədən keçirib. Bunun nə ilə nəticələndiyi dünyaya məlumdur.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli müsəlman şagirdlərin izlənməsi üçün onlara kod çiplər birləşdirilməsi haqda Fransa parlamentinə təqdim edilən “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsi haqda danışarkən deyib.

O bildirib ki, bu çiplər vasitəsi ilə məktəblilərin radikal dini qruplara cəlb olunması, valideynlərin bunda rolu izlənəcək:

“Makron seçki təbliğatını rəqibi Marin Le Penin milliyyətçi mesajlarının tənqidi üzərində qurmuşdu. Amma Marin Le Pen də bu qədər radikal təkliflər irəli sürməmişdi. Makronun müsəlmanlara qarşı davranışları faşistlərin yəhudilərə qarşı davranışlarına bənzəyir.

Bütün müsəlmanlar terrorçu deyil. Müsəlmanlar Avropa küçələrində özünü partlatmaq arzusunda da deyil. Digər tərəfdən, bu gün Yaxın Şərqdə, Əfqanıstanda və digər müsəlman ölkələrində bu və bu kimi terrorçu fəaliyyətləri dəstəkləyən qüvvələr Qərb ölkələridir. Bunu bütün dünya bilir.

Makronun onsuz da Avropada günü-gündən artan islamaforbiyanı dəstəkləməsi və bunu özünün siyasi kursu halına gətirməsi qəbuledilməzdir. Fransa kimi dünya tarixinə vacib dəyərlər verən bir ölkənin, ölkə başçısının neofaşist və şovinist mövqe sərgiləməsi doğru deyil.

Makron radikal milliyyətçi bir siyasətçidir. Bu, hətta o dərəcə bir hal alıb ki, buna milliyyətçilikdən çox “fransız şovinizmi” demək daha doğru olar. Maraqlıdır ki, elə “şovinizm” sözünün yaradıcısı da Fransa imperatoru Napoleon Bonapartın ordusunda xidmət edən Nikolas Şovendir. Bu mənada Makron üçün şovinizm əslində, doğma bir ideologiyadır”.

Politoloq bildirib ki, görünür, Fransa Prezidenti Makron özünə siyasi kumir olaraq Adolf Hitleri görür:

“Fransa parlamentinə təqdim edilən “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsi ötən əsrin 30-40-cı illərində Nasist Almaniyasının yəhudilərə tətbiq etdiyi qayda ilə eynilik təşkil edir. Nasistlər də məhz yəhudi olan şəxsləri fərqləndirmək üçün onların qoluna sarğılar bağlayır, hətta bəzən bu şəxsləri damğalayırdı.

Bənzərlik bariz şəkildə ortadadır. Fransa bu gün neonasizmin ən çox yayıldığı ölkələrdəndir. Görünür, Makron qarşıdan gələn seçkilərdə qalib gəlmək üçün uşaq qatili, soyqırım törədən, vandal ermənilərdən sonra indi də əli yəhudi xalqının qanına batan Adolf Hitlerin davamçıları neonasistlərin dəstəyini almaq istəyir”.

Tarix
2020.11.23 / 13:22
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla