Yuxarı

Bu qətnamə Fransaya utanc gətirəcək – Kılıç

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qətnamə Fransaya utanc gətirəcək – Kılıç

Azərbaycan dövlət müstəqilliyini elan edəndə - 1991-ci ildə onun ərazisi Dağlıq Qarabağ da daxil olmaqla, ətrafdakı yeddi rayonla birlikdə tanınıb. Ermənistan bu torpaqların 20 faizini sonrakı illərdə işğal edib. Bütün bunlar beynəlxalq hüquqi sənədlərdə əksini tapıb.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Azərtac-a müsahibəsində Fransa parlamentinin yuxarı palatası olan Senatın məlum qərarını şərh edərək bildirib.

Qəbul edilən qərarı hüquqi əsası olmayan kağız parçası kimi dəyərləndirən səfir Hulusi Kılıç deyib ki, ümumiyyətlə, bu cür müzakirələr və qəbul olunan qərarlar siyasi təzyiq vasitəsidir.

Beynəlxalq təşkilatların, dünya birliyinin Azərbaycanın ərazi bütövlüyünü işğal altında olan torpaqlar, o cümlədən Dağlıq Qarabağın da daxil olduğu sərhədlər çərçivəsində tanığını diqqətə çatdıran səfir deyib ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyan beynəlxalq sənədlərin qəbuluna səs verən ölkədir.

İndi Senatda erməni lobbisinin təsiri ilə hüquqi əsası olmayan tövsiyə xarakterli belə bir qətnamə qəbul etmək bu ölkəyə ancaq utanc gətirəcək.

Tarix
2020.11.26 / 12:32
Müəllif
Axar.az
Digər xəbərlər

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla