Yuxarı

Fransa Senatında Bakıya dəstək olan yeganə senator danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa Senatında Bakıya dəstək olan yeganə senator danışdı

Mən bu qətnamə təklifini qəbul etmirəm. Bu təklif tarixi, siyasi və diplomatik baxımdan aydın deyil. Düşünürəm ki, bu, yalnız erməni lobbisinin məmnunluğu üçündür və heç bir əhəmiyyəti yoxdur.

Axar.az xəbər verir ki, bunu Fransa Senatının üzvü Natali Qule deyib.

O bildirib ki, Fransa Minsk qrupunun həmsədri kimi neytral olmalıdır, lakin Ermənistanın tərəfini tutur:

“Bu, yolverilməzdir. Əsas təəccüb doğuran məqamlardan biri də Azərbaycana aid olan qətnamədə Türkiyəyə qarşı da hücumların olmasıdır”.

Senatın üzvü qeyd edib ki, bu ədalətsiz qətnamənin heç bir nəticəsi olmayacaq. Fransa mövcud olmayan bir “respublika”nı tanımayacaq. Heç Ermənistanın özü bu qondarma “respublika”nı tanımayıb.

Natali Qule bildirib ki, qətnamənin qəbul olunmasının digər səbəblərindən biri də bəzi senatorların çoxsaylı erməni elektoratının olmasıdır:

“Qətnamənin lehinə səs verən senatorların çoxu Qarabağı xəritədə göstərə bilməzlər, çünki onlar heç bilmirlər o haradadır. BMT-nin qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməsi tələb olunurdu, lakin heç kim tərpənmirdi. Otuz il davam edən münaqişəyə etinasız olan, onunla maraqlanmayan siyasətçilər Rusiyanın iştirakı ilə atəşkəsə nail olunandan sonra sanki “qəflət yuxusundan ayıldılar”.

Tarix
2020.11.26 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla