Yuxarı

Peskovun sərt cavabı: bəs, generalın Qarabağ “görüşü” nədir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın Qarabağ bölgəsinə Rusiya Federasiyası Silahlı Qüvvələrinin mühəndis qoşunlarının rəisi general-leytenant Yuri Stavitskinin başçılığı ilə nümayəndə heyəti gəlib.

Axar.az xəbər verir ki, rusiyalı generalın Xankəndidə keçmiş və qondarma “dqr”in hələ də rəhbəri kimi özünü təqdim edən separatçı-terrorçu Araik Arutyunyanla görüşü diqqət çəkib. Erməni mediası “işçi vizit”lə gələn nümayəndə heyətinin bu görüşünü “rəsmi” olaraq manipulyasiya etməyə çalışıb.

Erməni mediası Arutyunyanın görüşdə Qarabağın “daxili və xarici təhlükəsizliyi” barədə danışdığını, rus generalın “bu kontekstdə” səfərini yüksək qiymətləndirdiyini yazıb. Görüşdə keçmiş və qondarma “dqr”in “tş katibi” Vitali Balasanyan və digər separatçılar da iştirak edib.

Maraqlı sual da budur: rusiyalı general Stavitski Arutyunyanla hansı statusla və niyə görüşüb? Rusiyanın bu məsələdə rəsmi mövqeyi necədir?

Bu suala elə bu gün, bu görüşlə bağlı məlumatdan az öncə Kremlin sözçüsü Dmitri Peskov konkret cavab verib. O deyib ki, Qarabağ Bəyanatının icrası naminə rusiyalı hərbçilər, o cümlədən Rusiya humanitar missiyası öz fəaliyyətlərini azərbaycanlılar və ermənilərlə koordinasiya edir.

“Qarabağda rəhbər yoxdur. Orda iki konflikt tərəfi var – bu, Ermənistan və Azərbaycandır. Bu tərəflər Rusiyanın iştirakı ilə məlum Bəyanatı imzalayıblar. Bu Bəyanatdan irəli gələn vəzifələrini icra etmək üçün Rusiya hərbçiləri, o cümlədən Rusiya humanitar missiyası öz fəaliyyətini azərbaycanlılar və ermənilərlə koordinasiya edir”.

Peskov bu sözləri “Rusiya sülhməramlı qüvvələri Qarabağda fəaliyyətini kiminlə koordinasiya edir və Qarabağda hazırda rəhbər kimdir” sualına cavab olaraq deyib.

Kremlin ideoloqlarından olan məşhur fikir adamı Aleksandr Duqinin bugünkü açıqlaması da çox mühümdür. Geniş və aydın şərhdən bu cümləni çıxarış edək:

“Rus sülhməramlıları hazırda Qarabağda ona görə yerləşiblər ki, Azərbaycan tərəfinə erməni əhalisinin haqlarını nəzərə alaraq nəzarətin ötürülməsini tam təmin etsinlər”.

Əlbəttə, Duqin bu fikrini inkişaf etdirir və Azərbaycanın məsuliyyətini xatırladır. Ancaq Bəyanatın şərhini Duqin bu cür dəqiqliklə verir və erməni tərəfinin bütün manipulyasiyalarını nəzərə almamağı tövsiyə edir.

Erməni tərəfinin manipulyasiyaları nəzərə alınmır, təbii ki! Ancaq Rusiya generalının Arutyunyanla görüşünün statusu da müəyyən edilməlidir: “dqr”i tanımayan, “dqr”in separatçı rəhbərini də tanımayan, Putinin simasında “Dağlıq Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub” konkret açıqlaması ilə beynəlxalq hüququn və Bəyanatın mahiyyətinə uyğun davrandığını nümayiş etdirən Rusiyanın bölgəyə göndərdiyi general niyə separatçı-terrorçu ilə görüşməlidir?

Tarix
2020.12.04 / 22:56
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla