Yuxarı

Pakistanın Bakı və Ankaraya qardaş etirazı – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistanın Bakı və Ankaraya qardaş etirazı – Şərh

Türkiyə, Pakistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü gözlənilən idi. Çünki 44 günlük müharibədən sonra üç ölkə arasında müzakirə ediləsi bir çox siyasi-iqtisadi məqamlar var.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli yanvarın 13-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda Türkiyə, Pakistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyini şərh edərkən deyib.

O bildirib ki, Pakistan və Türkiyə hazırda Azərbaycanın ən yaxın strateji və iqtisadi müttəfiqləridir:

“44 günlük müharibə zamanı həm Pakistan, həm də Türkiyə Azərbaycana birmənalı olaraq siyasi-diplomatik dəstəyini göstərdi. Hətta Pakistan lideri İmran Xan dəfələrlə zərurət yaranacağı təqdirdə Azərbaycana hərbi yardımın da göstərilə biləcəyini qeyd etdi.

Şübhəsiz, müharibədən sonra üçtərəfli əlaqələrin daha da inkişafı üzrə danışıqlara, görüşlərə ehtiyac var. Bu mənada yanvarın 13-də İslamabadda keçiriləcək xarici işlər nazirlərinin görüşü çox vacibdir”.

Politoloq bildirib ki, Pakistan “bir millət, iki dövlət” şüarından narazıdır:

“ Əslində, bu bir qardaş etirazıdır. Bu gün Azərbaycan və Türkiyə münasibətləri yüksək səviyyədədir. Bu münasibətlər ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu “bir millət, iki dövlət” ideayası çərçivəsində inkişaf edir. Lakin Azərbaycana daha bir əziz ölkə Pakistandır. Bu mənada Pakistanın “bir millət, iki dövlət” ideyasını genişləndirmək istəyi çox təqdirəlayiqdir”.

Q.Hüseynli deyib ki, yanvarın 13-də baş tutacaq görüş regional iqtisadi-siyasi münasibətlər baxımından da önəmlidir:

“Xüsusilə Mərkəzi Asiya türk ölkələrinin neft və qazının Azərbaycan üzərindən Türkiyəyə, Türkiyə vasitəsilə Avropaya nəql edilməsi kimi bir meqalayihə Pakistanın da diqqətini çəkir. Bu layihənin təkcə neft-qaz deyil, digər sektorlar üzrə də inkişaf potensialı var. Pakistan bu istiqamətdə həm Azərbaycan və Türkiyənin təşəbüskarı olduğu bu meqalayihənin bir parçası olaraq Asiya qolunu inkişaf etdirmək, həm də ölkəsinin təbii yanacaq ehtiyacını təmin etmək istəyir. Təsadüfi deyil ki, gələcəkdə Türkiyə-Türkmənistan-Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün olması Türkmənistan üzərindən Pakistanın da bu layihəyə qoşulmasına şərait yaradacaq”.

Tarix
2021.01.12 / 09:07
Müəllif
Turan Rzayev
Digər xəbərlər

AB Bakı və İrəvanı dəstəkləyir - Kallas

Azərbaycanın Omandakı səfirliyinin açılışı oldu

Monteneqroda saxlanılan azərbaycanlı ilə bağlı rəsmi açıqlama

Mehdiyevin siyahısı: 50 nəfərdən 2-sinin adı açıqlandı

“Tramp yolu” bunlara şərait yaradır - Simonyan

Elton Məmmədov dövlətə 3 milyon ödədi - Rəsmi xəbərdarlıq

Bakı və İrəvan bunları müzakirə edir - Arutyunyan

Şahbaz Şərif Azərbaycana gəlir - Paradda iştirak edəcək

Rusiya Azərbaycana qarşı Frunze ssenarisi hazırlayır - Şok iddia

Azərbaycanlı milyarderə ağır zərbə - Gözlənilməz proses...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla