Yuxarı

Rus ekspert: Rusiya Qarabağda bu işi görməyəcək - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus ekspert: Rusiya Qarabağda bu işi görməyəcək - Video

10:51

Şübhəsiz ki, Qarabağı Azərbaycanın özü inkişaf etdirməlidir. Rusiya hazırda yalnız sülhməramlı missiya çərçivəsində müharibənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu məşhur rusiyalı iqtisadçı, "İzborsk klubu"nun daimi üzvü Mixail Xazin deyib.

Xazin bildirib ki, regiona qayğı Azərbaycan hakimiyyətinin çiynindədir:

“Əmin olmaq olar ki, Rusiya Qarabağda yerli özünüidarəetmə ilə dəqiq məşğul olmayacaq. Rusiya orada yalnız iki funksiyanı yerinə yetirir: yenidən müharibə olmamasına nəzarət və keçmiş cəbhə bölgəsini yaşayış bölgəsinə çevirmək (yəni hər şeydən əvvəl minalardan təmizlənmə və təhlükəsizliyin təmin edilməsi). Ərazilərin inkişafı - infrastrukturun inşası və digər humanitar aspektlər isə, əlbəttə, onların aid olduqları ölkələrin işidir”.

Öz növbəsində, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Post-sovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Artyom Pılin deyir ki, Rusiyanın marağı nəqliyyat komponentinin inkişafında, Rusiyanı Ermənistanla Azərbaycan üzərindən birləşdirəcək marşrutların tikintisindədi:

Əmin olmaq olar ki, Azərbaycan hazırda Rusiya tərəfindən aldığı humanitar yardım da daxil olmaqla, Qarabağın inkişafı ilə məşğul olacaq. Belə yardımın davamlılığına gəlincə, bu, müharibənin nəticələrinin nə qədər tez aradan qaldırılmasından asılı olacaq: torpaqları minalardan təmizləmək, əsas infrastrukturu və yaşayış binalarını təmir etmək...".

Tarix
2021.01.14 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla