Yuxarı

Avropada qiymət qalxdı: Bakının imkanları genişlənir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropada qiymət qalxdı: Bakının imkanları genişlənir

Avropanın təbii qaza ehtiyacı günü-gündən artır. Hələlik bu ehtiyac Rusiya və ABŞ vasitəsilə təmin edilir. Lakin gələcəkdə TANAP layihəsi ilə Azərbaycan da Avropanın qaz təminatında mühüm rola malik olacaq.

Bu sözləri Axar.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban son günlər Avropada təbii qazın spot qiymətlərinin yüksəlməsi və bunun Azərbaycan üçün faydaları haqda danışarkən deyib.

Ekspert bildirib ki, Avropa bazarında təbii qaza olan tələbatın artması normaldır:

“Mavi qazın hər 1000 kubmetrə görə dəyəri 300 dolları keçib. Hazırda avrozonada tələbatın bu cür artması mövsümlə əlaqəlidir. Xüsusilə bu il Avropa qitəsində qış fəslinin normadan soyuq keçməsi təbii yanacağa olan tələbatı kəskin artırıb. TTF xabında qazın qiyməti 51 dollar artaraq, 335 dollara qədər yüksəlib. Bununla da qazın qiyməti 27 sentyabr 2018-ci ildən bu yana maksimal həddə çatıb.

Təbii qaza olan tələbatın artması öz növbəsində qaz ixracatçısı olan ölkələrin maraqlarına uyğundur. Hazırda Avropa qaz tələbatını Rusiya, ABŞ (sıxılmış maye qazla) və bazara yeni girən Azərbaycan kimi ölkələrlə ödəyir. Düzdür, hələlik Azərbaycan Avropanın qaz tələbatını ödəmək imkanında olmasa da, artıq Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz nəqlini həyata keçiririk. Lakin regionda atılan son iqtisadi layihələr, xüsusilə də Cənub Qaz Dəhlizi gələcəkdə Azərbaycanın Avropanın qaz təminatında kilid dövlətlərdən olmasına şərait yaradacaq”.

Tarix
2021.01.15 / 09:25
Müəllif
Turan Rzayev
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla