Yuxarı

Tariximizin ən böyük uğursuzluğu: Bunu düzəltməliyik

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresində erməni diasporunun dəstəyi ilə seçilən konqresmenlər var. Lakin yəhudi diasporunun dəstəyi ilə seçilən konqresmenlər də mövcuddur. Diplomatik nüfuzumuzu, münasibətlərimizi işə salsaq, düşünürəm, 907-ci düzəlişin ləğvinə nail ola bilərik. Bu istiqamətdə ABŞ-la birbaşa təmaslar da qurulmalıdır.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ABŞ Dövlət katibi vəzifəsinə namizəd Entoni Blinkenin ehtiyac yaranacağı təqdirdə administrasiyanın Azərbaycanın 907-ci düzəlişin tələblərindən azad edilməsini dayandırmağa hazır olduğunu deməsini şərh edərkən deyib.

Politoloq bildirib ki, 907-ci düzəliş diplomatiya tariximizin bəlkə də ən böyük uğursuzluğu idi:

“Təbii ki, dövrün şərtləri, Ermənistanla Azərbaycan arasında güc balansının qeyri-bərabər olması, Azərbaycanın dünyada yaxşı tanınmaması və ölkəmizin zəif iradəli, dayaz düşüncəli siyasi idarəçiliyinə görə belə bir hal ilə üzləşdik.

İstənilən halda geridə qoyduğumuz 30 ilə yaxın bir dövr öz sözünü dedi. Bu gün dünyanın tanıdığı, qüdrətli, güclü, demokratik, beynəlxalq aləmdə uğurlu və etibarlı tərəfdaş kimi görülən Azərbaycan var. Həmin Azərbaycan ki, 27 il sonra öz torpaqlarını işğaldan azad etdi və bütün etiraz və təzyiqlərə baxmayaraq, amalından, yolundan dönmədi.

Bu mənada, düşünürəm, diplomatik nüfuzumuzu işə salıb, ABŞ-dan Azərbaycana yönəlik xüsusi məhdudiyyət nəzərdə tutan 907-ci düzəlişi ləğv etməsini istəyə bilərik. Bu gün ABŞ-ın strateji müttəfiqləri olan İngiltərə, İsrail, Türkiyə vasitəsilə buna nail ola bilərik”.

Politoloq qeyd edib ki, Entoni Blinkenin Ermənistana təhlükəsizliyin dəstəklənməsi və humanitar böhranın öhdəsindən gəlinməsi üçün maliyyə yardımı göstərilməsini dəstəklədiyini bildirməsi ciddi siqnaldır:

“Bayden administrasiyasının Azərbaycana münasibətdə ədalətli olmayacağı haqda bir müddət əvvəldən ehtimallar səsləndirilirdi. Bunun nə dərəcədə doğru olduğunu demək düz deyil. İstənilən halda ABŞ üçün Azərbaycan daha yaxşı və güvənilir tərəfdaşdır. Bunu rəsmi Vaşinqtona izah etməliyik. Hər halda Baydenin Azərbaycana qarşı ədalətsiz davranacağını demək doğru deyil. Diplomatik kanallarımızı işə salıb bu işə ən başından nəzarət etməliyik. Bu gün 90-cı illərin zəif, gənc Azərbaycanı yoxdur. Qalib, müzəffər və diplomatik uğurları ilə tanınan Azərbaycan var. Vaxtında atılacaq hər bir addımın nəticəsi olacaq”.

Qeyd edək ki, 907-ci düzəliş - 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına əlavə edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.

Tarix
2021.01.23 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Üç il öncə “yoxa çıxan” nazir Şuşada peyda oldu - Foto

Avanesyana Xankəndidə terror əmrini kim verə bilərdi?

57 ölkənin sərt bəyanatı günü Təl-Əviv hücuma keçdi

Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar

Ermənilər Göyçədən gedir: Qərbi Zəngəzurda nə baş verir?

Trampın tələbi: AB kimi seçəcək? - "Le Monde"

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla