Yuxarı

Hacıyev: Bakı sülhməramlıların peşəkarlığına əmindir!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıyev: Bakı sülhməramlıların peşəkarlığına əmindir!

Azərbaycan rəhbərliyi Qarabağdakı Rusiya sülhməramlılarının peşəkarlığına əmindir və hesab etmir ki, onları regionda yerləşdirməklə Moskva Bakı və ya İrəvana təzyiq göstərməyə cəhd edəcək.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-ın “Atlantic Council” analitik mərkəzinin təşkil etdiyi internet seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiya sülhməramlı kontingenti ilə açıq dialoqu və kommunikasiyanı dəstəkləyir.

Hacıyev, həmçinin ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz regionu ilə daha aktiv əməkdaşlıq edəcəyinə ümid etdiyini bildirib. O, ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh quruculuğu prosesinə öz töhfəsini verə biləcəyini deyib. Onun sözlərinə görə, ABŞ-ın postkonflikt dövründə sülh quruculuğu ilə bağlı zəngin təcrübəsi və təşəbbüsləri var.

Hacıyev ABŞ-ın sülh quruculuğu və postkonflikt rekonstruksiyada birtərəfli, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədri kimi aktiv rol oynaya biləcəyini söyləyib.

Prezidentin köməkçisi, həmçinin Azərbaycanın işğaldan azad olunan ərazilərdə ağıllı, yaşıl şəhərlər yaradacağını və bu işdə ABŞ-ın özəl sektorunun geniş imkanları olduğunu vurğulayıb.

Tarix
2021.01.25 / 23:37
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Həbsdə olan jurnalistin ailəsində növbəti faciə

Prezidentdən Xaqani Şirvani ilə bağlı mühüm sərəncam

Tarixi sərvətləri məhv etməyə görə cəzalar sərtləşdirildi

İlham Əliyev Gürcüstanla bu sazişi təsdiqlədi

6 nəfər prokurorluq orqanlarından xaric edildi

Bayramov Çin muzeyini ziyarət etdi, bu sözləri yazdı

Bakının bu addımı ümid verir... - Mirzoyan

İrəvan sülh naminə düşünülmüş seçim edib - Mirzoyan

Azərbaycan və Çin XİN rəhbərləri Pekində görüşdü

Qazaxıstan Rusiyanı Azərbaycanla əvəzləyir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla