Yuxarı

Arutyunyandan Qarabağla bağlı həqiqət: Status...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arutyunyandan Qarabağla bağlı həqiqət: Status...

Rus sülhməramlılarının arxasında gizlənərək, “fəaliyyətini” davam etdirən keçmiş və qondarma “dqr”in terrorçubaşı funksiyasını yerinə yetirən və Azərbaycan hüquq-mühafizə orqanlarından hələlik yayınmağı bacaran Araik Arutyunyan növbəti açıqlama verib.

Axar.az xəbər verir ki, terrorçu Arutyunyan Karen Sərkisyan adlı ermənini “daxili işlər naziri” kimi təqdim etməklə, daha bir terrorçunu ifşa edib və Azərbaycan hüquq-mühafizə orqanlarının işini asanlaşdırıb.

Arutyunyan yeni terrorçunu “təqdim” edərkən, “artsax”ın təşkil olunmasından və “qarşıdakı işlərdən” danışıb və bildirib ki, heç bir halda “artsax”a Azərbaycanın tərkibində status verilə bilməz və onlar bununla razılaşmayacaq.

Tamamilə doğrudur, “artsax” adlı keçmiş və qondarma qurum artıq mövcud deyil, DQMV-nin statusu ilə 1991-ci ildə ləğv edilib. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Qarabağın erməni separatçılarına hər hansı status verilməyəcəyini, statusun cəhənnəmə getdiyini, gorbagor olduğunu açıqlayıb.

Buna görə də “artsax”ın Azərbaycanın daxilində hər hansı statusundan söhbət gedə bilməz. Arutyunyan isə rus sülhməramlılarının arxasında nə qədər gizlənə biləcək – bunu tarix göstərər.

27 il müddətində özlərini “müstəqil” sayanlar və Azərbaycanı müharibəyə təhrik edənlər hansı tarixi səhvə yol verdiklərini 44 günlük müharibə zamanı qandılar. Rus sülhməramlılarının nəzarətində qalan Azərbaycan ərazilərində də ölkəmizin hüquqlarının təmini uzaqda deyil. Rus ekspertlərinin də bildirdiyi kimi, Azərbaycanın öz ərazilərində antiterror əməliyyatı keçirmək hüququ var və bunu 11 dekabr 2020-ci ildə təsdiqlədi.

Bir gün DTX-nın rus sülhməramlılarının arxasında əməliyyat keçirməyəcəyinə isə Arutyunyan nahaq yerə bu qədər əmindir...

Tarix
2021.01.26 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla