Yuxarı

Bu, müharibədə güc mənbəyi oldu - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, müharibədə güc mənbəyi oldu - Hacıyev

Türkiyə və Azərbaycan dost ölkələrdir. Biz hər zaman Türkiyənin qardaş Azərbaycana yardım əli uzatdığını gördük.

Axar.az Report-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 56 ölkənin üzv olduğu İslam Həmrəyliyi Gənclər Forumunun ‘’Special Edition Talks’’ proqramında deyib.

H.Hacıyev bildirib ki, Türkiyə Azərbaycana dəstəyini davam etdirib, ədalətli və bərabər mövqe sərgiləyib:

“44 günlük Vətən müharibəsində Azərbaycan Türkiyə xalqının onun yanında olduğunu, dəstəklədiyini görüb və bu xalqımızı çox sevindirib. Həm Türkiyə xalqının dəstəyi, həm də diplomat dəstək Azərbaycanı ruhlandırıb. Bu, müharibədə güc mənbəyi olub”.

Xocalı faciəsi barədə danışan H.Hacıyev qeyd edib ki, bu əməliyyat Azərbaycan xalqına qarşı soyqırım idi:

“Faciə zamanı aralarında uşaqlar, qocalar və qadınlar da olmaqla, 613 nəfər həyatını itirib. Bir çox təşkilatlar bunu insanlıq əleyhinə cinayət adlandırıblar. Bu əməliyyatın arxasında Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyann dayanırdı”.

Hikmət Hacıyev xatırladıb ki, bu hərbi cinayətlər Ermənistan tərəfindən 44 günlük Vətən müharibəsində növbəti dəfə təkrarlanıb:

“Azərbaycanın mülki vətəndaşlarına atılan bombalar yüzlərlə dinc sakinin həlak olması ilə nəticələnib”.

Tarix
2021.02.25 / 09:07
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla