Yuxarı

Əliyev-Ərdoğan qardaşlığı gücümüzü artıracaq - TBMM

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev-Ərdoğan qardaşlığı gücümüzü artıracaq - TBMM

Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümünü qeyd edir, şəhidlərimizin xatirəsinə ehtiram göstəririk. Bu ilə isə ənənəvi anım mərasiminə fərqli şəkildə toplandıq. Çünki Qarabağ otuz ildən sonra erməni işğalından xilas edilib. Bu Zəfərlə qurur duyuruq. Amma bundan sonra da hər zaman şəhidlərimizi ehtiramla yad edəcəyik.

Axar.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin üzvü Əmrullah İşlər deyib.

Ümummilli lider Heydər Əliyevin tarixi “Bir millət, iki dövlət” ifadəsini xatırladan deputat deyib ki, Türkiyənin mənəvi dəstəyi və azərbaycanlı qardaşlarımızın mücadiləsi ilə Qarabağ düşməndən azad edilib:

“Bu birlik hər zaman qorunacaq və gücümüzü artıracaq.

İnanırıq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri sayəsində birliyimiz daha da möhkəmlənəcək, eyni zamanda gücümüzü bundan sonra da artıracaq”.

Deputat diqqətə çatdırıb ki, Ankaranın Qızılcahamam rayonunda yerləşən Xocalı Abidə-Muzey Kompleksi daim ziyarət olunur və insanlar tariximizlə bağlı məlumat əldə edirlər.

Tarix
2021.02.27 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla