Yuxarı

Prezident özəlləşmənin anonsunu verdi – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident özəlləşmənin anonsunu verdi – Şərh

Prezident əslində dövlət şirkətlərinin özəlləşdirilməsinin bu il baş verməyəcəyini deyərkən ümumilikdə özəlləşdirmənin anonsunu vermiş oldu. Özəlləşdirmə bu və ya digər səbəblərdən bu il baş verməyə bilər, lakin bütövlükdə olmayacağı mənasına gəlmir.

Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında dövlət şirkətlərinin özəlləşdirilməsi barədə sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, dövlət şirkətlərinin hazırda özəlləşməsi dövlətə sərf etmir:

“Məsələ ondadır ki, əksər dövlət şirkətləri bu gün ziyana işləyir. Bunu Prezident də yaxşı bilir. Ziyana işləyən bir dövlət şirkətinin özəlləşdirməyə çıxarılması dövlət üçün elə də faydalı deyil.

Birincisi, həmin şirkətlər ziyana işlədiyi üçün satış qiyməti də ucuz olacaq. Digər tərəfdən, bu şirkətləri alacaq sahibkar və ya şəxs uzun müddət şirkətdən gəlir götürməyə də bilər. Bu mənada Prezident dövlət şirkətlərinin özəlləşdirilməsinin bu il baş verməyəcəyini dedi.

Prezidentin açıqlamasının məğzi ondan ibarətdir ki, dövlət şirkətlərinin rentabelli çalışması üçün öncədən buna nail olmaq lazımdır. Yəni qısa müddətdə bu işi görmək mümkün deyil. Dövlət əmlakının, dövlətin əlində olan resursların özəlləşməsi üçün ilkin olaraq həmin şirkətlərin ziyansız işləməsinə nail olmaq lazımdır. Əks təqdirdə dəyərlərindən aşağı qiymətə təklif ala bilər”.

Ekspert qeyd edib ki, İnvestisiya Holdinqinin yaranmasına dövlətin özəlləşmə proqramının ilkin mərhələsi kimi baxmaq lazımdır:

“Çox güman ki, bu il ərzində İnvestisiya Holdinqinin əsas işi onun idarəsinə verilən dövlət şirkətlərininn ən azından ziyansız işləməsini təmin etməkdir. Bundan sonra holdinq dövlət şirkətlərinin gəlir əldə etməsi üçün işlər görəcək ki, gələcəkdə dövlət bu şirkətləri özəlləşdirərkən yüksək qiymətə təqdim edə bilsin”.

Tarix
2021.03.02 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Mirzoyandan dəhliz açıqlaması

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər - Faktlar

Zirəddin: Mehdiyevin ardınca daha iki səs-küylü həbs...

Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Azərbaycanla həmişə bərabər olmağa davam edəcəyik!

İlham Əliyevin "Kazinform"a müsahibəsi - Tam mətn

Mehriban Əliyeva və gəlini Müqəddəs Taxt-Tacda açılışda...

Naxçıvandan başlayan müstəqillik yolu

Mehriban Əliyevanın Vatikana səfəri ilə bağlı paylaşım - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla