Yuxarı

Mədət Quliyev pakistanlı generalla görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mədət Quliyev pakistanlı generalla görüşdü

Azərbaycan Müdafiə Sənayesi naziri Mədət Quliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdfafiə Sənayesi Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

M.Quliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, Pakistanın Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizədə daim xalqımızın yanında olduğunu vurğulayan nazir dost ölkənin siyasi, mənəvi dəstəyini və qəti mövqeyini yüksək qiymətləndirib.

Qonaqlar həmçinin Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər barədə məlumatlandırılıblar. Bildirilib ki, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması həmin bölgələrin acınacaqlı vəziyyətə düşməsi, mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələrinin də məhv edilməsi, ən əsası isə yüz minlərlə azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsi ilə nəticələnib.

Nadim Raza Azərbaycan və Pakistan arasında əlaqələrin inkişafı naminə səylərini bundan sonra da əsirgəməyəcəyini bildirib, iki ölkə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu və tərəflər üçün bundan sonra da qarşılıqlı faydalı olacağını vurğulayıb.

Nümayəndə heyətinin tərkibində yer alan Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Yaheen Azərbaycan və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişafı istiqamətində səylərin birləşdiriləcəyindən və bu əlaqələrin dünyada sülhün bərqərar olunması işinə böyük töhfə verəcəyindən əminliyini bildirib.

Tarix
2021.03.04 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

Paşinyan Papa ilə görüşdü: Bakı ilə sülh sazişi...

Türk NATO-suna xeyir-dua verildi - ABŞ hərəkətə keçdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla