Yuxarı

XİN rəhbəri Rumıniya səfiri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN rəhbəri Rumıniya səfiri ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Dan Yancunun diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən razılıq ifadə olunub. Tərəflər iqtisadiyyatın müxtəlif sahələri üzrə, o cümlədən enerji və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. Pandemiya ilə bağlı məhdudiyyətlər aradan qalxdıqdan sonra hərtərəfli əməkdaşlığın uğurla davam etdiriləcəyindən əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə strateji tərəfdaşlıq sazişi imzalayan ilk Avropa ölkəsi kimi Rumıniya ilə əlaqələrin inkişafının ölkəmiz üçün prioritet təşkil edən məsələlərdən biri olduğunu vurğulayıb.

Səfir Dan Yancu diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə ölkəmizdə baş verən bir sıra tarixi hadisələri xatırlayan səfir, hazırda Azərbaycan üçün yeni tarixi dönəmin başlandığını və bu xüsusda bütün bölgə üçün yeni imkanların açıldığını qeyd edib.

Nazir həyata keçirdiyi uğurlu fəaliyyətə görə səfirə minnətdarlığını ifadə edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tarix
2021.04.13 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla