Yuxarı

Qənimətlər Parkı İrəvanı sındırdı - Kuznetsov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənimətlər Parkı İrəvanı sındırdı - Kuznetsov

Erməni siyasətçilərin və jurnalistlərin Bakıda Hərbi Qənimətlər Parkının açılmasından hiddətlənməsinin səbəbi tamamilə aydındır.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

“Bu cür muzeylər müharibələrdən sonra zəfər çalmış ölkələrdə açılır. Mən burada dünyanın onlarla ölkəsində yerləşən hərbi qənimətlər muzeylərini sadalamayacağam. Amma inanın ki, bu tip muzeylər həqiqətən də çoxdur. Bu muzeylər özündə iki ideoloji yük daşıyır: qaliblərə zəfərini xatırladır, məğlublara isə göz dağı olur”, - deyə müsahibimiz bildirib.

Onun sözlərinə görə, qədim romalılar belə muzeyləri “Məğlubların bəlası” adlandırırdı:

“Bu gün erməni təbliğatı müxtəlif nağıllar uydurur ki, guya erməni ordusu 2020-ci ilin payızında darmadağın olmayıb, guya məhv edilən mifik “artsax müdafiə ordusu” olub. Bakı bu muzeyi açmaqla bu sərsəm fikirlərin də üzərindən yağlı xətt çəkdi. Azərbaycanın Hərbi Qənimətlər Parkındakı bəzi eksponatlar məhz Ermənistan ordusunun məhv edilməsinin əyani sübutudur. Ermənilər hazırda məğlubiyyəti və qurbanları xatırlamaq istəmir. Onlar bu biabırçı məğlubiyyəti yaddan çıxarmaq istəyərkən Bakı bu açılışı edir, qənimətləri bütün dünyaya nümayiş etdirir. Erməni ordusunun başını bir daha aşağı edir. Çünki 30 il ərzində məhz bu müzeydəki dəbilqələri başlarına taxan erməni əsgərlər Azərbaycan torpağını işğal altında saxlayıb. Günahsız kəndliləri qırıb, dinc şəhərlərə bombalar atıb.

İndi bəzi ağzıgöyçəklər deyir ki, Bakı nəyi isə səhv edir. Bu gülməlidir!

Ermənistan hakimiyyəti öz xalqının başını yenidən aldadıb, müharibə məğlubiyyətinin, çoxlu sayda itkinin yaddan çıxması üçün əlindən gələni edərkən, Bakı bu mövzuda da yumruğunu göstərə bilir”, - deyə Kuznetsov qeyd edib.

Tarix
2021.04.14 / 16:21
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla