Yuxarı

Zülfüqarov: İrəvan danışıqlarda bizə deyirdi ki... - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zülfüqarov: İrəvan danışıqlarda bizə deyirdi ki... - Video

00:52

Madam ki, Riçard Hoqland sirləri açır, mən də bir sirri açım.

Axar.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, vaxtilə Minqsk Qrupu formatındakı danışıqlarda birbaşa iştirak edən Tofiq Zülfüqarov Minsk Qrupunun Amerikadan olan sabiq həmsədri Riçard Hoqlandın heç bir iş görmədiklərini, “Biz beşulduzlu otellərdə qalırdıq, ən yaxşı restoranlarda yeyirdik. Arabir də Minsk Qrupunun mövcud olduğunu yada salırdıq” deyə etirafı haqda Bizimyol.info-ya danışarkən deyib.

T.Zülfüqarov münaqişənin artıq bitdiyi, Azərbaycanın öz ərazisi bütövlüyünü hərbi yolla həll etdiyi və buna görə də Minsk Qrupuna ehtiyac qalmadığı barədə səslənən fikirlərlə şərik olduğunu bildirib:

“Minsk Qrupunun üzvləri gəlib nədən danışacaqlar? Həqiqəti danışmaq sərf etmir, heç qulaq asanların da xoşuna gəlmir. Tərəflərin hərəsi öz mövqeyini bildirəcək, o qədər! 28 il belə davam edib. Bu günə qədər danışıqlar belə olub: “Gücün var, get torpaqlarını qaytar, gücün yoxdur, otur, biz deyənlə razılaş”. Bizə bunu deyirdilər. Biz də bəzi məmurların dediyi kimi, “get, kimə istəyirsən, şikayət elə” deyirik. Onların da deməyindən belə çıxırdı. Ermənistan da bizə eyni sözü deyirdi.

İndi biz gücləndik, ordumuz torpaqları azad elədi. Minsk Qrupu gəldi, o öz dediyini deyəcək, biz də öz dediymizi. Üstəlik deyəcəyik: “Get, kimə istəyirsən, şikayət elə”.

Tarix
2021.04.20 / 09:59
Müəllif
Axar.az
Digər xəbərlər

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla