Yuxarı

TV-lər camaatı insan alverinə həvəsləndirir - Novruzov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
TV-lər camaatı insan alverinə həvəsləndirir - Novruzov

Azərbaycanın qonşuluğuda olan dövlətlərin əksəriyyətində bu tip problemlər var. Bu səbəbdən də insan alverinə qarşı mübarizə çətinləşib. İnsan alveri qlobal məsələdir və hazırda dünyanı narahat edən əsas problemlərdən biridir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov İnsan Alverinə qarşı Milli Koordinatorun illik məruzəsi haqda danışarkən deyib.

Deputat xatırladıb ki, daxildə də insan alveri qurbanları var:

“Regionlardan insanları aldadaraq gətirib məcburi əməyə cəlb edirlər. Bəzən həmin insanların sənədləri alınır və işlədilir. Digər tərəfdən, Azərbaycandan Suriyaya gedənlərin də çoxu sonradan insan alverinin qurbanına çevrilib. Onlar da Azərbaycan vətəndaşıdır. Onların da hüquqlarını müdafiə etməliyik və ölkəyə qayıtmasını təmin etməliyik. Televiziyalarda, saytlarda, sosial şəbəkələrdə insan alveri ilə bağlı sanki təbliğat, həvəsləndirmə gedir. Televiziya kanallarında dövlət vəsaiti hesabına çəkilən serialların böyük əksəriyyəti insanları insan alverinə həvəsləndirir. Bununla biz ictimaiyyəti çaşdırırıq. Dövlət televiziyasında bu məsələ ilə bağlı təbliğat-maarifləndirmə xarakterli verilişlərə yer verməliyik”.

Tarix
2021.04.23 / 13:38
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla