Yuxarı

Bu gün Qələbəyə gətirən yolun təvəllüdüdür

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Qələbəyə gətirən yolun təvəllüdüdür

Qarabağın xaqlımızın və Heydər Əliyevin qurucu əlləri ilə yaradılan irsi hər gün öz yerinə qayıdır. Ata vəsiyyəti dövlət kursuna çevrilərək nəinki son 30 ilin, eləcə də yüz illərin savaşını Azərbaycanın xeyrinə başa çatdırıb.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc ümumilli lider Heydər Əliyev haqda danışarkən deyib.

Z.Orucun sözlərinə görə, Ulu öndərin 100 illik yubileyi qarşısında oğul Əliyevin ordusu ilə birgə bütün dünya azərbaycanlılarına ən böyük töhfəsi torpaq bütövlüyüdür, 44 günlük müqəddəs savaşın qalibiyyətindən doğan qürur və fəxarət salnaməsidir:

“270 illik qalanın özümüzə qaytarılması millətin mənəvi və ruhi gücünü birə min artıracaq, mədəniyyət paytaxtımızı yeni milli ideallarımızın baş ünvanına çevirəcək və xalqın canlı orqanizmindən qopub ayrı düşən arteriyaları vətənin gövdəsinə birləşdirdikcə Azərbaycan daha da sarsılmaz olacaq.

İndi Şuşanın təməllərinə qoyulan hər daş, hər kərpic dövlətimizin 30 ildir yarımçıq qalan 4-cü divarının tamamlanması deməkdir. 80-ci illərdə qarlı-çovğunlu havada böyük Vaqifin məqbərəsini açaraq Qarabağın pasportuna təkcə ədəbi simalarımızın deyil, həm də idarəçlik kimliyimizin-hökmdarlığımızın və siyasi hökmranlığımızın imzasını qoyan Ulu öndərin ruhu yenidən sevinir - onun övladları, milyonlarla azərbaycanlı savaşla, qanla müqəddəs məbədlərə geri dönürlər.

Heydər Əliyevin tarixi missiyası davam edir. 10 may bir şəxsiyyətin doğum günü olmaqdan çox, Vətən müharibəsində qələbəyə gətirən kursun təvəllüd tarixidir. Əslində siyasi təqvimimizdə uğur gətirən hər gün Ulu öndərin doğuluş və yaranış günüdür”.

Tarix
2021.05.10 / 15:30
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Tokayevi təbrik etdi

Mehriban Əliyeva Ziroatxon Mirziyayeva ilə görüşdü

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Leyla Əliyeva Daşkənddən paylaşım etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla