Yuxarı

Bakı sülh razılaşması üçün İrəvanla işləməyə hazırdır - XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı sülh razılaşması üçün İrəvanla işləməyə hazırdır - XİN

Biz reallığa fokuslanmalıyıq. Reallıq isə belədir: müstəqillik qazandıqdan bəri ilk dəfədir ki, Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün unikal şans yaranıb. Niyə ilk dəfə deyirəm? Çünki artıq ortada işğal faktı yoxdur.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov TRT “World”ə müsahibəsində deyib.

Nazir xatırladıb ki, BMT-nin dörd qətnaməsinə uyğun olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.

“Ortada təxminən 30 illik düşmənçilik, işğal, itkilər, müharibənin ağır nəticələri var. Ancaq inanırıq ki, biz gələcəyə baxmalıyıq. Bilirsiniz, bu bizim üçün asan deyil, çünki yaddaş, baş verənlərin hamısı təzədir. Bununla belə Azərbaycan Prezidenti münasibətlərin normallaşmasının lazım olduğunu bildirib. Azərbaycan sülh razılaşması üçün Ermənistanla birgə işləməyə hazırdır. Biz bunu təklif edirik. Ermənistandan da bu səviyyədə siyasi iradə və real addımlar gözləyirik”, - deyə XİN başçısı qeyd edib.

Tarix
2021.06.22 / 20:03
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla