Yuxarı

XİN rəhbəri səudiyyəli həmkarı ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində iyunun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla bu ölkənin xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud arasında görüş keçirilib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Axar.az-a bildiriblər ki, görüş zamanı şahzadə Feysəl Al Səud iki ölkə arasında münasibətlərin səviyyəsindən razılığını ifadə edərək, əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu deyib. O, Azərbaycanın dost və qardaş ölkə olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfərinin ölkələrimiz arasında münasibətlərin tarixində mühüm yer tutduğunu bildirərək, iki dost dövlət arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələrinə toxunaraq, Səudiyyə Ərəbistanının Azərbaycana bu məsələdə həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyi yüksək qiymətləndirib.

Azərbaycanın xarici işlər naziri səudiyyəli həmkarına post münaqişə mərhələsi və azad edilmiş ərazilərdə mövcud vəziyyət, bu ərazilərdəki onilliklər ərzində törədilən dağıntıların miqyası, mina təhlükəsi, minaların təmizlənməsi, bərpa və quruculuq işlər barədə ətraflı məlumat verib. O, Azərbaycan ilə Ermənistan arasında ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh sazişinin imzalanmasının vacib olduğunu vurğulayıb.

İqtisadi sahədə əməkdaşlığın əhəmiyyətinə toxunan nazir Ceyhun Bayramov ölkələrimiz arasında külək enerjisi sahəsində əməkdaşlığı yüksək qiymətləndirib. Turizm sahəsində əməkdaşlığa istinad edilərək, 2016-cı ildə Körfəz ölkələrinin vətəndaşları üçün vizaların rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsindən sonra Azərbaycana gələn səudiyyəli turistlərin sayının bir neçə dəfə artdığı vurğulanıb və müsbət dinamikanın pandemiyadan sonrakı dövrdə də davam edəcəyinə inam ifadə edilib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyinin təqdirəlayiq olduğunu bildirib. Şahzadə Feysəl bin Fərhan Səudiyyə Ərəbistanının Azərbaycana hər cür dəstəyi göstərməyə hazır olduğunu deyib.

Görüş zamanı nazir Ceyhun Bayramov səudiyyəli həmkarını Azərbaycana səfərə dəvət edib. Səudiyyə Ərəbistanının xarici işlər naziri dəvəti məmnuniyyətlə qəbul edib.

Tarix
2021.06.24 / 21:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla