Yuxarı

Ərdoğan Azərbaycan-İran sərhədinə gələcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Azərbaycan-İran sərhədinə gələcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbət edib.

Axar.az xəbər verir ki, dövlət başçısı “Haber Global”ın baş yayın direktoru Tuba Atavın Azərbaycan səfərinin proqramı ilə bağlı sualını cavablandırıb.

Onun açıqlamalarını canlı yayımda izləyicilərə çatdıran Atav Ərdoğanın ölkəmizə ziyarəti çərçivəsində Bakıya gəlməyəcəyini qeyd edib.

Türkiyə dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək, orada salınımış yeni infrastrukturla tanış olacaq. Bununla yanaşı, Türkiyə prezidenti, xüsusilə də İranla sərhəddə minalardan təmizlənmiş ərazilərdə salınan əkin sahələrini gəzəcək.

Həmçinin, Ərdoğan təyyarədə Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək Zəngəzur dəhlizi barədə də fikir bildirib. O, dəhlizin açıqlaması istiqamətində işlərin davam etdiyini vurğulayıb.

İranla Azərbaycan arasında yaşanan son anlaşılmazlıqları da şərh edən Ərdoğan İranın İsraillə əlaqələr səbəbindən Azərbaycanı hədəf alacağını gözləmədiyini qeyd edib.

Tarix
2021.10.21 / 23:55
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla