Yuxarı

Ər-Riyadın Qarabağa görə İrəvana vetosu aradan qalxdı?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ər-Riyadın Qarabağa görə İrəvana vetosu aradan qalxdı?

Ermənistan Prezidenti Armen Sərkisyanın Səudiyyə Ərəbistanına səfəri maraq doğurur. Çünki Səudiyyə Ərəbistanı ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur. Ər-Riyad Azərbaycan torpaqlarının işğalına görə Türkiyə və Pakistan kimi Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina edən nadir dövlətlərdəndir. Rəsmi Bakı hər zaman buna görə Ər-Riyada minnətdar olub. Bəs nə oldu ki, Səudiyyə Ərəbistanının hakim ailəsi Ermənistan prezidentini Ər-Riyada dəvət etmək qərarına gəldi?

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O, şahzadə Məhəmməd ibn Salman vəliəhd olduqdan sonra da Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı münasibətlərdə heç bir problem olmadığını qeyd edib:

“Ancaq Məhəmməd ibn Salmannın Türkiyə ilə münasibətlərində problemləri var. Mümkündür ki, Salman Türkiyə kimi, Türkiyənin strateji müttəfiqi olan Azərbaycana da eyni gözlə baxır.

Erməni saytları Armen Sərkisyanın Səudiyyə Ərəbistanına ilk rəsmi səfərini iki ölkə arasındakı münasibətlərdə dönüş kimi qiymətləndirirlər. Armen Sərkisyanı Ər-Riyadın hava limanında xarici işlər naziri Adel Cübeyr qarşılayıb. Bugünə qədər Ermənistanın heç bir rəsmisi Ər-Riyada səfər etməmişdi. Ermənistan müstəqilliyini qazandıqdan bu yana Səudiyyə Ərəbistanı ilı sıx münasibətlər qurmağa çalışıb, ancaq hər dəfəsində Ər-Riyaddan rədd cavabı alıb”.

Politoloqun fikrincə, mümkündür ki, Səudiyyə Ərəbistanı hakimiyyəti Azərbaycanın işğal faktına son qoyduqdan sonra Ər-Riyadın İrəvanla münasibətlər qurmasına heç bir əngəl qalmadığını düşünür:

“Ancaq hələ sülh müqaviləsi imzalanmayıbsa, Ər-Riyad daha fərqli hərəkət edə bilərdi. Məsələn, Türkiyə və Pakistan hələlik heç bir addım atmayıb”.

Tarix
2021.10.27 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla