Yuxarı

Qulaşvili: Gürcüstan Azərbaycanın yolunu keçməlidir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qulaşvili: Gürcüstan Azərbaycanın yolunu keçməlidir

Azərbaycan Vətən müharibəsi dövründə bütün xalqı konsolidasiya etməyə nail oldu.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Tiflisdə “Region müharibədən bir il sonra: nəticələr və yeni imkanlar” mövzusunda keçirilən mətbuat konfransında politoloq Malxaz Qulaşvili deyib.

Onun sözlərinə görə, Azərbaycan həmçinin güclü beynəlxalq lobbi də yarada bildi:

“Azərbaycan xarici münasibətlər baxımından kifayət qədər ciddi sıçrayışa nail olaraq ərazi bütövlüyünü bərpa etdi. Gürcüstan ərazi bütövlüyünü bərpa etmək istəyirsə, Azərbaycanın keçdiyi yolu keçməlidir”.

Ekspert hesab edir ki, Azərbaycan və Ermənistan arasında vasitəçilik üçün Gürcüstanın güclü mövqeyi olmalı və prosesə beynəlxalq oyunçular da cəlb edilməlidir.

M.Qulaşvili bildirib ki, təklif olunan “3+3” formatı Gürcüstan üçün fayda gətirə bilməz və rəsmi Tiflis “3+3+3” regional əməkdaşlıq təşəbbüsü ilə çıxış edə bilər:

“İlk üçlükdə Azərbaycan, Gürcüstan, Ermənistan, ikincisində Rusiya, Türkiyə və İran, digərində isə ABŞ, Avropa İttifaqı və Çin təmsil oluna bilər”.

Mətbuat konfransında iştirak edən digər siyasi şərhçi Nikoloz Metreveli də bölgədə təklif olunan əməkdaşlıq formatlarını şərh edib. O, “3+3” formatı ilə bağlı təşəbbüsün yeni olmadığını deyib:

“Bu təşəbbüsü Türkiyə 20 il bundan öncə irəli sürüb. Bu gün bu məsələ yenidən aktuallaşıb. Hazırkı mərhələdə Gürcüstanın Rusiyanın da olduğu bu təşəbbüsə qoşulmasında heç bir fayda görmürəm”.

Ekspert regionda yeni formatlara ehtiyacın olmadığını düşünür: “Bizim onsuz da bölgədə Rusiyadan başqa bütün ölkələrlə mehriban qonşuluq münasibətlərimiz var və Gürcüstanın Azərbaycan, Türkiyə və Ermənistanla əməkdaşlığı üçün əlavə formata lüzum görmürəm”.

Tarix
2021.11.25 / 19:13
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla