Yuxarı

Dəhlizlərin açılması ilə bağlı İrəvandan müəmmalı açıqlama

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhlizlərin açılması ilə bağlı İrəvandan müəmmalı açıqlama

Regionda kommunikasiyaların mümkün (? – red.) açılması Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı deyil.

Axar.az xəbər verir ki, bu sözləri TASS-a açıqlamasında Ermənistanın Baş nazir müavini Mger Qriqoryan deyib.

“Biz liderlərin Soçi görüşünə uyğun olaraq, sərhəddə stabillik və təhlükəsizliyin səviyyəsinin artırılması ilə bağlı addımlar çərçivəsində Rusiyanın konsultativ iştirakı ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində iş aparmağa razılaşdıq. Ancaq bu məsələ heç bir halda regionda kommunikasiyaların mümkün açılması ilə əlaqəli deyil”, - Qriqoryan bildirib.

M.Qriqoryan əlavə edib ki, Ermənistan, Rusiya və Azərbaycan Baş nazirlərinin müavinlərinin nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində ekspert alt qrupu yaradılıb və o, kommunikasiyaların açılması halında yüklərin daşınması məsələlərinin həlli ilə məşğuldur:

“Bu məsələlərin yekun müzakirəsi hələ keçirilməyib”.

Tarix
2021.12.07 / 22:43
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla