Yuxarı

Bakı və Bişkek mühüm bəyannamə imzalayacaq – Səfir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və Bişkek mühüm bəyannamə imzalayacaq – Səfir

Azərbaycan və Qırğızıstan 2022-ci ildə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayacaqlar.

Axar.az xəbər verir ki, bunu Qırğızstanın Azərbaycandakı səfiri Kayrat Osmanəliyev Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla Qırğızıstan arasında münasibətlər daha yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.

"Bundan əlavə, 2022-ci ildən bütün sahələrdə, xüsusən, təhsil və nəqliyyat sektorunda, birgə layihələrin hazırlanması və təsdiqi, investisiya fondunun yaradılması, Qırğızıstanda neft emalı zavodunun tikintisi və s. əməkdaşlığın intensivləşdirilməsi planlaşdırılır", - səfir Osmanəliyev bildirib.

O, həmçinin, qeyd edib ki, gələn il iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində sənədlərin imzalanması gözlənilir:

"Gələn il Bakı ilə Bişkek arasında qardaşlaşma, eləcə də Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi haqqında sazişin imzalanacağı gözlənilir. Eyni zamanda, siyasi və diplomatik əlaqələrin möhkəmləndirilməsi, iqtisadi, mədəni və humanitar əlaqələri saxlanılması haqqında bəhs etmək olar. Bu mənada, humanitar sahədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur".

Tarix
2021.12.19 / 11:26
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla