Yuxarı

Stiv Kohendən 20 Yanvar faciəsi ilə bağlı bəyanat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stiv Kohendən 20 Yanvar faciəsi ilə bağlı bəyanat

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen (Steve Cohen) 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Axar.az-a verilən məlumata görə, bəyanatda 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan Qara Yanvar qətllərinin 32-ci ildönümünü andığını bildirib.

Konqres üzvü 32 il bundan öncə 20 Yanvar tarixində təxminən 26 min sovet qoşununun paytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini, yaşlılar və qadınlar da daxil olmaqla, günahsız insanlara və dinc etirazçılara qarşı atəş açdığını, nəticədə 147 insanın həlak olduğu, 800 nəfərin yaralandığı, 841 nəfərin həbs edildiyi və 5 nəfərin isə itkin düşdüyünü bildirib, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin ailələrinə başsağılığını ifadə edib.

Bəyanatda, həmçinin, bu amansız əməllər qarşısında Azərbaycan xalqının sınmadığı və 1991-ci ildə müstəqilliyinin əldə edilməsi uğrunda mübarizəsini davam etdirdiyi qeyd olunub. ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu və 28 fevral 1992-ci ildə diplomatik əlaqələrin qurulduğu da bəyanatda öz əksini tapıb.

Konqres üzvü ABŞ və Azərbaycanın strateji müttəfiq olduğunu, region və qlobal olmaqla ortaq maraqları bölüşdüyünü bildirib.

Tarix
2022.01.27 / 01:10
Müəllif
Axar.az
Digər xəbərlər

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

Hörmüz boğazı İran üçün ikitərəfli riskə çevrildi

Edqars Rinkeviçsin Azərbaycana səfəri başa çatdı

Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...

ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi

İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı - Foto

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Xahişimi yerinə yetirdi, İrana təşəkkür edirəm - Tramp

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla