Yuxarı

Simonyanın sualına Mehriban xanım müdaxilə etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə erməni əsilli jurnalist, RT telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın növbəti, erməni əsilli vətəndaşların Azərbaycana gələ biləcəkləri haqda sualına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva müdaxilə edib.

Axar.az xəbər verir ki, Simonyanın bu mövzuda növbəti sualına cavab üçün Mehriban xanım Prezident İlham Əliyevdən razılıq alıb:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: Olarmı, mən Marqaritanın dediklərinə bir az əlavə edim.

Prezident İlham Əliyev: Əlbəttə, olar.

Mehriban Əliyeva: Bizim Moskvaya səfərimiz ərəfəsində Azərbaycan televiziyasında bir sənədli film göstərilirdi. Film bir ahıl qadın haqqında idi. Onun 79 yaşı var, Ağdama, işğaldan azad edilmiş Ağdama gəlib, öz evini axtarır. Qadın həqiqətən çox qoca idi, çətinliklə yeriyirdi və 30 dəqiqə ərzində o, praktiki olaraq göz yaşları tökə-tökə öz emosiyaları barədə, təbii ki, heç nə tapmaması barədə danışmağa çalışırdı. O, hətta evinin xarabalığını da tapmadı, yəni o, heç olmasa həmin sahəni tapmağa çalışırdı. Bu, həqiqətən tamamilə dəhşətli mənzərədir. Düşünürəm, indi imkan yaranıb, mən sizin hamınızı dəvət etmək istəyirəm. Ona görə ki, cənab Prezident kitab barədə də danışdı, lakin bunları öz gözünüzlə görmək lazımdır. Nə üçün indi bu barədə danışıram, - o qadın öz sərgüzəştini danışdı və paralel olaraq müharibədən əvvəl, birinci müharibədən əvvəl çəkilmiş kadrlar qalıb. O vaxt o qadının ailəsində toy olub, - onlar bu toyu həyətdə necə qeyd ediblər, gənc gəlini qəbul ediblər və indiki, bugünkü kadrlar. Onun gözlərindən sevinc yaşı axır: nəhayət ki, bu torpağa qovuşub. O deyirdi: “Mən bu günü gördüm. Xoşbəxtəm ki, bu günə qədər yaşadım”. Sonda həmin qadın bir ovuc torpağı götürüb öpür. İndi mən bunu ona görə danışıram ki, bunları çatdırmaq çətindir, yəqin bunu görmək, hiss etmək lazımdır ki, belə insanlar çoxdur. Birinci müharibə illərində bizdə 1 milyona yaxın qaçqın olub. Bu günü görmək arzusu ilə yaşayanların çoxu dünyasını dəyişib, sağ qalanlar üçün indi, əlbəttə, xoşbəxt günlərdir. Təbii ki, bu insanların ailələri var, tanışları var. Belə vəziyyətlər yarananda, həqiqətən Prezidentin vurğuladığı kimi, ilk növbədə, onları qorumaq lazımdır. Ona görə ki, çox vaxt biz böyük problemlərdən söz açanda ümumi şəkildə danışırıq və ayrıca insanı görmürük, - bu, bəlkə də təbiidir. Hər bir problemin arxasında yəqin ki, konkret insan dayanır, onun həyat tarixçəsi, emosiyaları dayanır və təəssüf ki, insanlar da, onların emosional fonu da fərqlidir. Məhz bu səbəbdən dövlət, - indiki halda Prezident Azərbaycan dövlətinin adından danışır, - Azərbaycana gələn hər kəsi qorumalıdır. Lakin dövlət insanların hansı emosiyalarla yaşadığını da bilir. Mən məktəbdə oxuyanda bizim sinif çoxmillətli idi – ermənilər, ruslar, yəhudilər, azərbaycanlılar... Hətta deyə bilmərəm ki, mənim sinfimdə azərbaycanlılar əksəriyyət təşkil edirdi, - yadınızdadırsa o vaxt bir sinifdə 45 şagird olurdu. Biz hamımız dostluq edirdik, əlbir idik, heç bir pislik gözləmirdik. Hesab edirəm ki, bu məziyyət Azərbaycan xalqının ən yaxşı cəhətlərindən biridir və o, yox ola bilməz. Bu gün belə olması tamamilə izah edilə biləndir və təəssüf ki, bunun baş verməsinin tarixi səbəbləri var.

Marqarita Simonyan: Sizinlə bir sinifdə oxuyan ermənilər yəqin ki, artıq Azərbaycanda yaşamırlar, onlar gələ bilərlərmi? Mən bunu soruşuram. İndi mən tarixə varmaq istəmirəm.

Mehriban Əliyeva: Əlbəttə, Marqarita, gələ bilərlər.

Tarix
2022.02.24 / 13:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sumqayıt hadisələrindən 36 il ötür

ABŞ-dan Bakı və İrəvana növbəti çağırış...

Separatçılarla dialoq: Rusiya Bakını təklif etdi – Mühüm

Məhkəmənin vaxtı açıqlandı: İrəvanın Bakıya qarşı 4 iddiası

Nazirlərin görüşü: Makron yenə hər şeyi sıfırlayacaq

Qarabağın erməni dərsliyində “yeri” qalmaqal yaratdı

Rəsmi Bakı Ermənistanın iddialarına cavab verdi

Mirzoyanın Bayramovla buna nail olacağına ümid edirəm

Bakı ilə sülh olmalıdır, başqa təklif eşitmək istəmirəm!

Müharibə proqnozu... – Simonyan “nankor” dedi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla