Yuxarı

Nazir müavinindən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir müavinindən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Azərbaycan və Rumıniya arasında əlaqələr inkişaf edir, biz Rumıniya vasitəsilə Avropa İttifaqı ilə əlaqələrimizi möhkəmləndirmək istəyirik.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan və Rumıniya Hökumətlərarası Komissiyanın iclasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O qeyd edib ki, Azərbaycan Rumıniya ilə ticarət, nəqliyyat sahəsində əməkdaşlığı gücləndirmək istəyir.

M.Məmmədquliyev əlavə edib ki, münaqişədən sonrakı mərhələdə Azərbaycanın prioritetləri aydın şəkildə ifadə edilib. "Bu mövqe yenidənqurma və əməkdaşlıq, dayanıqlı sülh ilə ifadə olunur. Azərbaycan 30 il ərzində ermənilər tərəfindən törədilmiş dağıntıların aradan qaldırılması ilə bağlı addımlar atır. Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlar atır. Bu dəhliz Azərbaycanın Avrasiyada logistik mərkəzə çevrilməsinə imkan verəcək”, - xarici işlər nazirinin müavini vurğulayıb.

Tarix
2022.06.23 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla