Braziliyada ağır qəza: 22 nəfər öldü
19:39
Ana səhifə Siyasət |
Rusiyalı filosof Aleksandr Duqinin qızı Darya Duqina Rusiya-Türkiyə yaxınlaşması trekində fəal işləyib - istər KİV sahəsində, istərsə də Rusiya və Türkiyənin "beyin mərkəzləri" arasında.
Bu barədə Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
"Darya Duqinaya qarşı törədilmiş terror aktı həm Moskvada, həm də Ankarada olan siyasi elitalara ünvanlanmış mesajdır", - deyə həmsöhbətimiz qeyd edib.
Onun sözlərinə görə, Darya məqsədli, gənc, gözəl, ağıllı, gələcək üçün güc və niyyətlərlə dolu birisi idi.
Qeyd edək ki, avqustun 20-də axşam Moskva vilayətində hərəkət edən “Toyota” markalı avtomobildə partlayıcı qurğunun işə düşməsi nəticəsində Darya Doqina ölüb.
Tarix
2022.08.23 / 09:00
|
Müəllif
Əli Məmmədov
|