Yuxarı

Münasibətlərin normallaşması: Bakı bu aktorlara minnətdardır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Münasibətlərin normallaşması: Bakı bu aktorlara minnətdardır

Azərbaycan rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə müsbət töhfə vermək istəyən bütün maraqlı, obyektiv beynəlxalq aktorlara minnətdardır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Əlavə təşəbbüslər və təkliflər haqqında danışarkən, təbii ki, bu prosesə müsbət töhfə vermək istəyən bütün maraqlı, obyektiv beynəlxalq aktorlara çox minnətdarıq. Biz əlbəttə ki, fundamental normaları və beynəlxalq hüququn prinsiplərini nəzərə alaraq bunu müzakirə etməyə hazırıq. Yəqin ki, bütün iştirakçılar, bu prosesdə birbaşa və ya dolayısı ilə iştirak edənlərin hamısı Azərbaycan tərəfinin mövqeyinin çox ardıcıl, sistemli olduğunu təsdiq edə bilər. Mənə elə gəlir ki, birincisi, tarixi ədalətə, ikincisi, beynəlxalq hüquqa söykənən mövqe qurmaq və səsləndirmək asandır. Biz bundan sonra da bu yola sadiq qalacağıq”, - Azərbaycanın xarici işlər naziri bildirib.

Tarix
2022.12.05 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

Bu xəstəxananın direktoru işdən çıxarıldı

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

İlham Əliyev Qalibafı qəbul etdi

Ceyhun Bayramov Polşaya getdi

Prezident Numan Qurtulmuşu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla