Yuxarı

FİFA su fasilələrindən əlavə gəlir əldə edir? - İnfantino

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
FİFA su fasilələrindən əlavə gəlir əldə edir? - İnfantino

FİFA prezidenti Canni İnfantino DÇ-2026-da tətbiq olunan su fasilələri ilə bağlı danışıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, ilk dəfə bu mundialda tətbiq edilən qaydaya əsasən, oyunların 22-ci və 67-ci dəqiqələrində 3 dəqiqəlik su fasiləsi verilir. Həmin vaxt sonradan hər hissənin əlavə vaxtına artırılır.

İnfantino bu qərarın əsas səbəbinin isti hava şəraiti olduğunu bildirib:

"Əsas səbəb istidir. Lakin nəzərə almalıyıq ki, dünya çempionatı kimi 39 gün davam edən turnirdə komandalar potensial olaraq 8 oyun keçirə bilər. Belə şəraitdə istirahət etmək imkanı son dərəcə vacibdir.

Bütün komandaların hər matçda eyni şərtlər altında çıxış etməsini təmin etmək bizim üçün əsasdır. Məşqçinin yalnız havanın daha isti olmasına görə oyuna təsir etmək imkanı qazanması, başqa oyunda isə temperaturun aşağı olması səbəbindən bu imkandan məhrum qalması düzgün deyil. Buna görə də su fasilələri bütün matçlarda tətbiq olunur və hamı üçün bərabər şərait yaradılır".

FİFA rəhbəri bu qərarın maliyyə məqsədi daşımadığını da vurğulayıb:

"FİFA bundan əlavə gəlir əldə etmir. Bütün kommersiya müqavilələri əvvəlcədən imzalanıb. Buna görə də burada maliyyə məsələsi yoxdur. Bu, sırf idmanla bağlı qərardır".

Qeyd edək ki, su fasiləsi qaydası və fasilə zamanı müxtəlif reklam elementlərinə yer verilməsi futbol ictimaiyyətinin narazılığına və müzakirələrə səbəb olub.

Tarix
2026.06.24 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla