Yuxarı

Xankəndidəki ermənilər Bakıya müraciət edə bilər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndidəki ermənilər Bakıya müraciət edə bilər

Xankəndi-Gorus yolunda baş verənlər fonunda Qarabağdakı separatçılar erməni əhalisinin hərəkətini məhdudlaşdırır. Baş separatçı Araik “hərbi vəziyyətdə bir sıra tədbirlər” adlı “qərar” qəbul edib:

- Qarabağda hərəkət hüquqi məhdudlaşdırılır, bununla bağlı xüsusi rejim tətbiq edilir;

- toplaşmaq azadlığı məhdudlaşdırılır: erməni əhali hansısa məsələyə görə rejimdən xəbərsiz mitinq, yürüş keçirə bilməyəcək;

- “arsax”a qarşı (yəni separatçı rejimə) təbliğat dərhal cəzalandırılacaq;

- xüsusi obyektlərin qorunması gücləndirilir və s.

Bu “qərar”ın erməni əhalinin “təhlükəsizliyi” üçün qəbul edildiyi deyilsə də, əslində qondarma rejim daxildə hadisələrin mümkün inkişafının önünü kəsməyi planlaşdırır. Çünki Laçın dəhlizində baş verənlər separatçılarla erməni əhalisi arasında çatları dərinləşdirə bilər.

Birincisi, keçid məhdudiyyəti davam etdiyi müddətdə ərzaq, eləcə də digər təminat problemləri böyüyəcək: humanitar yüklərin daşınmasına şərait yaradılır, lakin qarşıdakı dövrdə erməni əhalisi arasında separatçı rejimin arzulamadığı əhval-ruhiyə yüksələ və sosial problemlərə görə etirazlar başlaya bilər;

İkincisi, mövcud vəziyyətin uzunmüddətli davam etməsi erməni əhalisinin Azərbaycana müraciət etməsini artıra bilər: artıq ilk müraciətlər gəlir, belə müraciətlərin artması separatçı rejimin bölgədəki nəzarət imkanlarını zəiflədəcək.

Qoyulan məhdudiyyətlər qondarma rejimin özünüqoruma məqsədinə xidmət edir. Buna qarşı bir neçə istiqamətdə hərəkət etmək olar:

- erməni əhalisinin separatçı-terroçu rejimə qarşı çıxmasına zəmin yarada biləcək vəziyyəti formalaşdırmaq;

- müxtəlif yollardan əhali ilə birbaşa təmasları gücləndirmək, onların üzləşdiyi problemlərin həllinə bu və ya digər formada dəstək vermək;

- və ermənilərə çıxış yolunun Azərbaycan hakimiyyətini qəbul etmək olduğunu nümayiş etdirmək.

Bu baxımdan, Xankəndi yolunda qurulan çadırlarda təkcə ekologiya ilə bağlı məsələlər yox, həm də Qarabağ iqtisadi rayonunun gələcəyi həll edilir.

Tarix
2022.12.14 / 22:29
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla