Yuxarı

Mixalko: Aİ ilə Bakı arasında saziş...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mixalko: Aİ ilə Bakı arasında saziş...

Avropa İttifaqı və Azərbaycan arasında sazişin imzalanması ilə bağlı danışıqlar yüksək mərhələdədir.

Axar.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko yanvarın 26-da nümayəndəliyin fəaliyyətə başlamasının 15 illiyinə həsr olunmuş tədbirdə deyib.

Bildirib ki, Avropa İttifaqı ötən 15 il ərzində Azərbaycanda ümumi büdcəsi 225 milyon avrodan çox olan 400 layihə həyata keçirib. Bu layihələr müxtəlif sahələri, o cümlədən iqtisadiyyat, vətəndaş cəmiyyəti, təhsil və ərzaq istehsalı sahələrini əhatə edir.

P.Mixalko vurğulayıb ki, yaşıl enerji sahəsində və Qaradənizdə yüksəkgərginlikli sualtı elektrik xətti layihəsi əlaqələrimizin yüksək səviyyəsindən xəbər verir. Bildirib ki, Avropa İttifaqı alternativ enerji mənbələri, rəqəmsal keçid, müasir texnologiyaların bütün sahələrdə istifadəsi, orta və kiçik biznesin dəstəklənməsi, kənd təsərrüfatının inkişafı, “Ağıllı şəhər” layihəsinin reallaşdırılmasına dəstək məqsədilə Azərbaycana yeni dəstək paketi təqdim edib.

Tarix
2023.01.26 / 23:09
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla