Yuxarı

Bayramovdan Lavrova: Tələblər yerinə yetirilməyib!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:27

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.

C.Bayramov Üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. Blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını xatırladıb.

Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasına baxmayaraq, müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və normallaşma istiqamətində təkliflərlə çıxış etdiyi, Ermənistanla delimitasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh sazişi istiqamətində qısa müddətdə razılıq əldə edilməsi istiqamətində səy göstərdiyini diqqətə çatdırıb. Buna baxmayaraq, Ermənistan tərəfinin təxribatlarının prosesə maneçilik törətdiyini bildirib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2023.01.31 / 22:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev yunanıstanlı həmkarına məktub göndərdi

Bu, Nikolun Rusiyanın üzünə şilləsidir. Satqınlar!

Ermənilər silah daşıyır – praktik addım vaxtıdır

Bakıdan 4 təklif paketi almışıq – İrəvan

Bakı Rusiyanın variantını rədd etdi - Mirzoyan

Ermənilər Qarabağda yol çəkir - Video

Mirzoyan yalan danışır - XİN sözçüsü

SEPAH Bakıya qarşı çarxı ilə özünü ifşa etdi - Video

Rəsmi Bakıdan İrəvanın iddialarına cavab

Bakı haqlı çıxdı: İran layihəni reallaşdırır

KULT
<>
Xəbər xətti
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla