Yuxarı

Prezident TBMM üzvlərini qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident TBMM üzvlərini qəbul etdi

10:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının milli təhsil naziri Mahmud Özəri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edib.

Axar.az xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Türkiyə nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı Mahmud Özərin və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünün ölkəmizə səfərinin önəminə toxundu və bu səfərin əlaqələrimizin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Təhsil sahəsində əməkdaşlıqda böyük nailiyyətlərin əldə olunduğunu bildirən Prezident İlham Əliyev iki ölkənin dövlət başçılarının razılaşdırdığı kimi Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını dedi.

Mahmud Özər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Mahmud Özər Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verdi.

Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını vurğuladı. Dövlətimizin başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.

İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfəri münasibətilə bir daha təbriklərini çatdıran qonaq bildirdi ki, xalqlarımız ən çətin dövrlərdə həmişə bir-birinin yanında olub.

Təhsil sahəsində əlaqələrimizin son illərdə çox sürətlə inkişaf etdiyini deyən Mahmud Özər Türkiyənin bu sahədə ölkəmizlə təcrübəsini bölüşməkdən məmnunluq hissi keçirdiyini bildirdi.

Görüşdə Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən Zirvə toplantısında təşkilat yanında müşahidəçi statusunun alınması prosesində üzv dövlət kimi Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə olundu.

Tarix
2023.02.01 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video

Həm İran, həm də Rusiya ilə əlaqələr... - Mustafayev

Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi

Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı

MSK toplanır: Bu deputatın mandatına xitam verilir!

Azərbaycan, İran və Rusiya rəsmiləri Astaraçay körpüsündə

Tramp Əliyevdən soruşdu, çünki tanımır... - Video

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla