Yuxarı

Klaçkov: Bakı və İrəvan arasında hərbi toqquşma olacaq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Klaçkov: Bakı və İrəvan arasında hərbi toqquşma olacaq

Rusiyaya axmaqcasına açıq meydan oxuyan Ermənistan oturduğu budağı kəsir.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Pavel Klaçkov deyib.

“Moskvanın mövqeyi, münaqişə zonasında Rusiya sülhməramlılarının yerləşdirilməsi Ermənistana İkinci Qarabağ müharibəsində hərbi əməliyyatları dayandırmağa kömək etdi. Amma indi vəziyyəti daha da kəskinləşdirən və yenidən müharibəni alovlandıran şərait yaranır. Baş verən müxtəlif addımların kompleksi yeni hərbi toqquşmadan xəbər verir. Bu, tezliklə olacaq. Amma ssenari hər zaman dəyişkən olur.

Cənubi Qafqazdakı vəziyyət həm də ciddi oyunçular - Rusiya, Qərb bloku və Çin arasında qlobal gərginliyin seqmentlərindən birinin əksidir. Və bu qlobal qarşudurmada böyük oyunçuların böyük çəkişmələrinə girmədən soyuqqanlı baş tutmaq və “gəminizi”, yəni dövlətinizi daha təhlükəsiz idarə etmək çox vacibdir”, - o bildirib.

Klaçkov qeyd edib ki, Rusiyanın Cənubi Qafqazda nüfuzu azalır:

“Müəyyən erroziya baş verir və Ermənistan bizim üçün o qədər də əlverişli olmayan ölkəyə çevrilir. İrəvandan gələn bəyanatlar boş yerə yaranmır. Bu ona görədir ki, Qərb Rusiyaya növbəti gərginlik nöqtəsi, başağrısı yaratmaq istəyir”.

Tarix
2023.03.30 / 08:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla