Yuxarı

İsrailli nazirin Bayramova İranla bağlı sözləri…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrailli nazirin Bayramova İranla bağlı sözləri…

Bu gün səfirliyimizin açılışında İsrailin xarici işlər naziri Eli Kohenin “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir” sözləri müxtəlif şərhlərə yol açdı. İlk növbədə İran bunu “Bakının sionist rejimi ilə İrana qarşı işbirliyi” kimi təqdim edir, lakin bu sözlər Azərbaycan cəmiyyətində də İranla hərbi münaqişə narahatlığına, xüsusilə “Azərbaycanı İrana qarşı müharibəyə sürükləyirlər” kimi fikirlərə yol açdı.

İsrailin antiiran koalisiyası yaratmağa çalışdığı sirr deyil. Hazırda Netanyahunun beynəlxalq koalisiya yaratmaq cəhdləri hələ ki, nəticə vermir, Avropada müəyyən bəyanatlar verilsə də, prosesin praktiki mərhələyə keçidi olmadı. Hətta ABŞ-da belə İrana hərbi müdaxilə ilə bağlı tərəddüdlər var. İsraildə baş verənlərin arxasında müəyyən mənada bu məqamın da olduğu hiss edilir və məsələyə Trampın Baydenə, həm də Sorosa qarşı mövqeyi ilə Netanyahunun Baydenə qarşı çıxışı kontekstində də baxmaq olar. Bu başqa mövzudur.

İsrailin antiiran bu koalisiyasında Azərbaycanı da görmək istəyi bəllidir. Lakin rəsmi Bakının siyasəti İrana qarşı cəbhə almaqdan uzaqdır, Ceyhun Bayramovun İsraillə yanaşı, Fələstinə də səfər etməsi Azərbaycanın təkcə balanslaşdırılmış yox, həm də müstəqil xarici siyasi xəttinin davamıdır.

Hərçənd, burada İsrailin nə istədiyi, yaxud Bakının hansı siyasəti yürüdəcəyi yox, İranın sərgilədiyi mövqe həlledicidir. Tehran rejiminin mövcud siyasəti deməyə əsas verir ki, İrana hərbi müdaxilə baş verərsə, biz bu koalisiyaya qoşulmasaq belə, onların hücum edəcəyi ilk ölkə Azərbaycan olacaq.

Tarix
2023.03.30 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla